Yuxarı

Rusiyalı yazar: ”Qazaxlardan dizi üstə üzr istəməliyik”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyalı yazar: ”Qazaxlardan dizi üstə üzr istəməliyik”

Müasir rus etnoimperializminin ideoloqlarından biri və öz millətçi çıxışları ilə yadda qalan rusiyalı yazıçı Aleksandr Proxanov gözlənilmədən sensasiyalı açıqlama verərək, qazaxlardan dizi üstə üzr istəməyi vacib bilib.

Axar.az-ın Qazaxıstan mətbuatına istinadən xəbərinə görə, o bu barədə Moskvada fəaliyyət göstərən mərkəzi radio-stansiyaların birində canlı yayıma qoşulan dinləyicinin suallarını cavablandırarkən deyib.

Tərəflər arasındakı dialoqdan bəzi hissələri diqqətə çatdırırıq:

Dinləyici: - Mən Qazaxıstanın şimal əraziləri ilə bağlı "Seliger"də verilən suala toxunmaq istərdim və bəzi məqamları təhlükəli sayıram. Putin qazaxların dövlətçilik məsələsini gündəmə gətirdi. Amma baxın, görün bu gün nələr baş verir – Nazarbayev və onun çevrəsindəki şəxslər Avrasiya Birliyindən çıxmağı gündəmə gətiriblər. Bu bizim üçün dəhşətdir. Sonuncu müttəfiqimiz də bizə düşmən gözündə baxır. Biz qardaş ölkə olan Qazaxıstandan necə üzr istəməliyik?

Proxanov: - Düşünürəm ki, boğazımıza kəndiri bağlayıb dizi üstə Moskvadan Astanaya hərəkət etməliyik. Yəqin 4 günə ora çatarıq və bu vəziyyətdə - bizi dizi üstə görən qazax dostlarımız dediklərimizi bağışlayar.

Xatırladaq ki, bir neçə gün bundan öncə gənclərlə keçirilən forumda Prezident Vladimir Putin Rusiya-Qazaxıstan əlaqələrinə toxunub. Bildirib ki, bu vaxta qədər qazaxların dövləti olmayıb. Bu yanaşma Qazaxıstanda ciddi etiraza səbəb olub.

Tarix
2014.09.03 / 13:26
Müəllif
Telman Məmmədli
Digər xəbərlər

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla