Avropa Liqası: 17 oyun keçirildi - Nəticələr
02:15
Ana səhifə Planet |
ABŞ dolayısı yolla da olsa, Əl-Qaidə-yə dəstək verir.
Axar.az Hurriyet-ə istinadən xəbər verir ki, ABŞ İŞİD təhdidinə qarşı olaraq Suriyada müxalif qruplara silah yardım etməyi planlaşdırır. Amerika hökumətinin yardım etməyi hədəflədiyi qrupların isə Əl-Qaidə ilə bağlılığı var. Suriyada Bəşər Əsəd rejminə qarşı üsyan qaldıran qruplar özləri belə Əl-Qaidə ilə ortaq çalışdıqlarını etiraf edirlər.
Aparılan bir araşdırmaya görə, ABŞ-ın İŞİD-ə qarşı mübarizə üçün göndərdiyi silahlar terrorçuların əlinə keçir.
Suriyanın şimalında fəaliyyət göstərən "Hərəkat Həzm" qrupunun komandirlərindən Asim Zeydan, "Los Anceles Tayms"a açıqlamasında Əl-Qaidəyə bağlı Əl-Nusra cəbhəsi ilə birlikdə mübarizə apardıqlarını etiraf edib.
Tarix
2014.09.09 / 21:40
|
Müəllif
Pərviz Həsənov
|