Yuxarı

Rompeydən Narışkinin hədəsinə cavab: “Bu həftə...”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rompeydən Narışkinin hədəsinə cavab: “Bu həftə...”

Ukraynadakı vəziyyətin gedişindən asılı olaraq, Avropa Birliyinin Rusiya əleyhinə sanksiyaları qismən və ya tamamilə ləğv oluna bilər.

Axar.az Ria.ru-ya istinadən bildirir ki, Avropa Birliyinin başçısı Herman Van Rompeyin sözlərinə görə, AB səfirləri sentyabrın sonunadək Ukraynada barışığa riayət olunması üzrə tədbirləri dəyərləndirəcək. Yalnız bundan sonra Rusiya əleyhinəə sanksiyalara baxıla bilər.

Avropa Birliyinin saytında dərc olunmuş press-relizdə isə deyilir ki, Rompey Rusiya əleyhinə sanksiyalar paketinin cümə günü, sentyabrın 12-də qüvvəyə minəcəyini bildirib.

Xatırladaq ki, məhdudlaşdırıcı tədbirlərrin yeni paketi əvvəllər qəbul edilmiş bazarlara kapital cəlb edilməsi, müdafiə sahəsi, ikili təyinatlı mallar və həssas texnologiyalar sahələrinə aid sektor sanksiyalarını genişləndirməyi nəzərdə tutur. "Röyter" Agentliyi özəl mənbəyə istinadən bildirib ki, Rusiyanın 1 trilyon rubldan çox (20 milyard avro) dövriyyəsi olan dövlət şirkətləri sanksiyala məruz qalacaq. Bundan başqa, Avropa Birliyi rəsmiləri fərdi sanksiyaların da tətbiq ediləcəyini istisna etməyib.

Xatırladaq ki, Rusiya Dövlət Dumasının sədri Narışkin Avropa Birliyinin son sanksiyalarının qüvvəyə minəcəyi təqdirdə Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlayacağını bəyan etmişdi.

Tarix
2014.09.11 / 23:59
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlərə... - Hulusi Kılıçdan sərt sözlər

Prezident Anım Günü ilə bağlı videoçarx paylaşdı

Müdafiə naziri Zəfər abidəsini ziyarət etdi

Ordumuz hərb tarixinin ən şərəfli səhifəsini yazdı - Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla