Yuxarı

"Putinin planı üç mərhələlidir, hədəf keçmişi bərpadır"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Putinin planı üç mərhələlidir, hədəf keçmişi bərpadır"

"Rusiya Prezidenti Vladimir Putin keçmiş Sovetlər Birliyini yenidən canlandırmaq istəyir".

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Arseni Yaçenyuk deyib.

Ukraynanın paytaxtı Kiyevdə davam edən Yalta Avropa Strategiyası 11. Forumunda çıxış edən Yaçenyuk Putinin Ukraynanın Avropa cəmiyyətinin bir qisimi olmasını qəbul edə bilmədiyini bildirib.

Rusiyanın 3 mərhələli planı olduğunu qeyd edən Yaçenyuk Putinin Ukraynanı tam şəkildə işğal etmək istədiyini vurğulayıb:

"Putin Sovetlər Birliyini yenidən canlandırmaq istəyir, bu səbəbdən də son məqsədinin yalnız Donbas bölgəsi deyil, bəlkə də bütün Ukrayna torpaqlarıdır. Putin planının ilk mərhələsinin Krımı işğal etmək idisə, ikinci mərhələsi Donbasda böhran yaratmaq, üçüncü addımının isə Odessa vilayəti üzərindən Transdinyester bölgəsinə dəhliz yaratmaqdır".

Yaçenyuk Avropa Birliyi və ABŞ-ın da Rusiya ilə Ukrayna arasındakı Donbas böhranın həlli ilə bağlı dialoqda iştirak edəcəyini, ölkəsinin Rusiya ilə tək dialoq masasına oturacaq qədər güclü olmadığını və bu dialoqun da Cenevrə danışıqlarında olduğu kimi ABŞ, AB, Ukrayna və Rusiya şəklində olmasının tərəfdarı olduqlarını söyləyib.

Tarix
2014.09.13 / 22:48
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Səfirimiz etimadnaməsinin surətini Riveraya təqdim etdi

Prezident sərəncamı: 34 ölkə vətəndaşlarına vizasız rejim...

Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...

Yeni proqramda Qarabağ ideologiyası yoxdur - Paşinyan

Azərbaycan Mərkəzi Afrika Respublikasına başsağlığı verdi

Bakıda mühüm beynəlxalq konfrans keçiriləcək

Məşhur bloger narkotikə görə həbs olunub?

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla