Yuxarı

Hitlerin dequstatoru: “Yemək yeyəndə ağlayırdıq”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hitlerin dequstatoru: “Yemək yeyəndə ağlayırdıq”

"İngilislərin Hitleri zəhərləyəci barəsində söz-söhbət gəzirdi. O, əsla ət yemirdi. Bizə yeməyə plov, əriştə, bibər, noxud və kələm verirdilər. Bəzi qızlar yeməkləri yeyərkən qorxudan ağlayırdı".

Axar.az "İndependet" ("The İndependet") qəzetinə istinadən xəbər verir ki, İkinci Dünya Müharibəsi zamanı Hitlerin yeməklərini zəhərlənmə ehtimalına qarşı ondan əvvəl dadan 15 qadından hazırda sağ olan 96 yaşlı Marqot Völk öz hekayəsini danışıb.

Hitlerin qərargahında Völkün dequstator seçilməsi təsadüf nəticəsində olub. O vaxt 25 yaşında olan Völk nasist deyilmiş. 1941-ci ildə onun həyat yoldaşı əsgərliyə gedir. Völkün yaşadığı bina bombalanır və o, indiki Polşa sərhədlərinə düşən Parz qəsəbəsinə anasının yanına köçür. Qəsəbənin bələdiyyə başçısı onu dequstator olmağa məcbur edir.

O, vegeterian olan Hitleri təhlükəsizlik səbəblərinə görə əsla görə bilmir.

"İngilislərin Hitleri zəhərləyəcəyi barəsində söz-söhbət gəzirdi. O, əsla ət yemirdi. Bizə yeməyə plov, əriştə, bibər, noxud və kələm verirdilər. Bəzi qızlar yeməkləri yeyərkən qorxudan ağlayırdı. Hamısını yemək məcburiyyətindəydik. Sonra bir saata qədər gözləməli olurduq və hər dəfə xəstələnəcəyik deyə qorxurduq. Zəhərlənmədiyimizi biləndə çox sevinirdik və it kimi ağlayırdıq".

1944-cü ildə ruslar dequstator vəzifəsini icra edən 14 qadını öldürür. Völk isə bir hərbçi sayəsində Berlinə qaçmağı bacarır. Rusların Berlini işğalından sonra Völk əsir götürülür və təcavüzə məruz qalır.

Müharibə bitdikdən sonra 1946-cı ildə Völkün həyat yoldaşı geri qayıdır. Lakin müharibə hər ikisinin həyatına təsirsiz ötüşmür və bir müddət sonra onlar boşanırlar. Əri Karl 24 il sonra ölür, Völk isə bu günə qədər tək yaşayır.

Tarix
2014.09.20 / 00:50
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

Hakan Fidan Ceyhun Bayramovu qarşıladı

Azərbaycan XİN Türkiyəni təbrik etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla