Yuxarı

İran: “Türkiyə bölgədə Yeni Osmanlı qurur”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran: “Türkiyə bölgədə Yeni Osmanlı qurur”

Bəşər Əsəd devriləcəyi təqdirdə İsrailin təhlükəsizliyi qalmayacaq.

Axar.az xəbər verir ki, bu sözlərlə İranının xarici işlər nazirinin müavini Hüseyn Abdullahiyan çıxış edib.

"Əgər İŞİD əleyhinə birləşən koalisiya gücləri Suriyadakı rəhbərliyi və rejimi İŞİD vasitəsilə yıxmaq istəsələr, bunun nəticəsində hətta İsrailin də təhlükəsizliyi qalmayacaq", - nazir müavini deyib.

Türkiyənin Suriya məsələsindəki mövqeyinə toxunan Abdullahiyan bildirib ki, Əsədin devrilib və ya devrilməməsinə Suriya xalqı qərar verməlidir:

"Dostumuz Türkiyə ilə aramızda Suriya məsələsində ortaq məxrəcə gəlib anlaşa bilməsək də, onları da, amerikalıları da xəbərdar etmişdim ki, Əsədin devrilib və ya qalmasına Suriya xalqı özü qərar verməlidir".

H. Abdullahiyan əlavə edib ki, Əsədin ömürlük prezident olması məsələsində israrlı deyillər:

"Lakin terrorçuların həqiqi müttəfiqlərimizdən birini müqavimət cəbhəsindən devirməsinə imkan verməyəcəyik".

Onun sözlərinə görə, Türkiyə bölgədə Yeni Osmanlı yaratmaq istəyir:

"Türkiyə bölgədə Yeni Osmanlı qurmaq sevdasındadır. Biz onları və digər ölkələri Suriyaya girəcəkləri təqdirdə ciddi problemlərlə qarşılaşacaqları baxımından xəbərdar etmişik. Biz müttəfiqlərimizi müdafiə etmək üçün lazım olan hər şeyi etməyə hazırıq. Ancaq bilin ki, bölgədə elə qruplar var ki, bizim bu işlərin içinə girməyimizə belə ehtiyac qalmayacaq".

Tarix
2014.10.12 / 18:01
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İslamın yanlış təqdim edilməsi... - XİN

Türkiyə və Azərbaycan diplomatları Suriyada görüşdülər

Kürd qruplaşmaları azərbaycanlılara çağırış etdilər

Azərbaycan AB-nin xüsusi diqqətinə layiqdir - Leterm

Qasım Süleymani Qarabağda şəbəkə qurmuşdu - Ağabekyan

ABŞ-ın İrana qarşı 2 planı alınmadı - C planı işə düşdü

İran raketlərlə hücum etdi: azərbaycanlılar da yaralandı

İranın bu müharibədə qələbəsi qaçılmazdır - Ekspert

Ölkədə bu heyvan ətlərinin satışına qadağa qoyulur?

Paşinyanla seçkidə yalnız o rəqabət apara bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla