Yuxarı

Niqablı qadın bu dövləti məhkəməyə verdi - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Niqablı qadın bu dövləti məhkəməyə verdi - Foto

Kanadada niqab taxdığı üçün vətəndaşlıq andı içməyə icazə verilməyən Pakistan əsilli immiqrant qadın dövləti məhkəməyə verib.

Axar.az "Sabah" qəzetinin internet saytına istinadən xəbər verir ki, Kanada Konstitusiyasının və İnsan Haqları Bəyannaməsinin bir bəndi olan din və inanc azadlığının pozulduğunu iddia edən Zunera İshaqın vəkilləri bu qadağanı tətbiq edən nazirin öz şəxsi ideologiyasını əks etdirdiyini bildiriblər.

Niqabın istənilən müsəlman qadın tərəfindən istifadə edilə bilən islamın vacib qaydalarından biri olduğunu deyən vəkillər bu qadağanı qoyan Kanadanın Federal miqrasiya və vətəndaşlıq naziri Ceyson Kenninin diktator kimi hərəkət etdiyini iddia ediblər.

Ceyson Kenni bu tənqidlərə Tvitter sosial şəbəkəsindəki şəxsi hesabından cavab verib. Tvitterdəki 37 min izləyicisindən qadağanı qoymaqla doğru hərəkət edib-etmədiyini soruşan nazirə lehinə və əleyhinə minlərlə cavab tviti gəlib.

Xatırladaq ki, Kanadanın Federal miqrasiya və vətəndaşlıq naziri Ceyson Kenni nazir olduğu 2011-ci ildən başlayaraq müsəlman qadınların vətəndaşlıq almaq üçün keçirilən andiçmə mərasimində niqab taxmalarına qadağa qoymuşdu.

Tarix
2014.10.18 / 23:31
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz

Bakıda Hindistanla bağlı konfrans keçirildi

Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...

TRİPP layihəsi Bakı və İrəvandan asılıdır - Kortunov

Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar

Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı

Türkiyə Ermənistanda “tərəfini” elan etdi

Trampın ən yaxını Türkiyəni hədələdi: İrandan sonra?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla