Yuxarı

Kılıçdaroğlu Azərbaycana qarşı: Avazyanla görüş - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kılıçdaroğlu Azərbaycana qarşı: Avazyanla görüş - Foto

CHP sədri Camal Kılıçdaroğlu Türkiyədə sosial şəbəkələr vasitəsilə ASALA və FETÖ təbliğatı aparan bloger Natali Avazyanla görüşüb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

80-ci illərdə bir sıra qanlı aksiyalara həyata keçirən, Türkiyəli diplomatlar və mülki vətəndaşları qətlə yetirən ASALA terrorçularını təbliğ edən Avazyanla Kılıçdaroğlu görüşünün təfərrüatı bəlli olmayıb.

Avazyan 1982-ci ildə Esenboğa hava limanına hücum edən və burada 9 nəfərin ölümünə, 72 nəfərin isə yaralanmasına səbəb olan ASALA üzvü Levan Ekmekçiyanı sosial şəbəkə vasitəsilə paylaşdığı mesajla yad etmişdi.

Natali Avazyan kimdir?

Sosial şəbəkə hesabı ilə paylaşdığı tarixi fotolarla məşhurlaşan Natali Avazyan ASALA terror qruplaşmasının “artıq”larından hesab olunur. Türklərə dilə gətirilməyəcək qədər ağır sözlərlə təhqir yağdıran Barbaros Şansalla yaxın dost olan Avazyan etdiyi paylaşımlarla FETÖ-nun qurduğu tələlərə də rəğbətini gizlətməyib.

Xatırladaq ki, Kamal Kılıçdaroğlu bu yaxınlarda Almaniyaya gedərək burada Türkiyədəki Gəzi hadisələrinin baş memarı hesab olunan Soros Fondunun əlaltısı olan Fridrix Ebert Fondunda görüşlər keçirib. O, səfər çərçivəsində bu ölkədə PKK-YPG terror qruplaşmasının ən alovlu tərəfdarlarından sayılan Sevim Daşdələn və Helim Evrim Sommerlə də görüşüb. Burada bələdiyyə seçkiləri zamanı PKK-dan dəstək tələb edən Kılıçdaroğlu bu iki şəxs vasitəsilə PKK terror qruplaşması ilə də təmas qurmuşdu.

Tarix
2018.12.19 / 17:24
Müəllif
Orxan Tağıyev
Digər xəbərlər

Bu şəxslər 1 il müddətinə zabit kimi orduda xidmət edə biləcək

Prezident fərmanı: Səhiyyə idarəçiliyində yeni məntiq...

Azərbaycan XİN Tunisi təbrik etdi

Bayramov özbəkistanlı həmkarı ilə danışdı

Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama

İlham Əliyev Şahbaz Şəriflə danışdı

ABŞ F-35-ni kim vurdu: İran, İsrail, Çin, Rusiya, yoxsa özü?

İsrail səfirliyi Azərbaycanı təbrik etdi

QMİ sədri Yaxın Şərqdəki müharibə ilə bağlı çağırış etdi

Prezident bu konvensiyanı təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla