Yuxarı

Məscidə hücumun anbaan - Videosu/18+

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məscidə hücumun anbaan - Videosu/18+

09:06

Yeni Zelandiyanın Kraystçerç şəhərindəki iki məsciddə atışma baş verib.

Axar.az xəbər verir ki, məlumatı “Nyu Zeland Herald” qəzeti yayıb. İnsident nəticəsində 27 nəfər ölüb.

İlk hücum şəhərin Linvud yaşayış məntəqəsində baş verib. Hücum zamanı məsciddə 300 nəfər olub. Şahidlər hücumu həyata keçirən şəxsin başında, gözündə eynək olan ağdərili olduğunu bildiriblər. Hücum zamanı onun həmçinin canlı yayım apardığı da vurğulanıb.

Şəxsin hücumdan öncə 37 səhifəlik manifest yayımladığı və öz addımını terakt adlandırdığı da açıqlanıb.

“1 Nyus” televiziyası isə həmin gün başqa bir məscidə, eyni zamanda xəstəxanaya hücum həyata keçirildiyi barədə məlumat yayıb.

Yeni Zelandiya polis komissarı Mayk Buş isə hücumla əlaqədar 4 nəfərin saxlanıldığını deyib. Onun sözlərinə görə, 4 şübhəlinin saxlanılması zamanı polis mütləq cəsarət nümayiş etdirib.

***

Yeni Zelandiyanın Kraystçerç şəhərindəki iki məciddə baş verən atışma zamanı ölənlərin sayı 40-a çatıb.

Bu barədə ölkə KİV-ləri məlumat yayıb.

Xəstəxanalarda 48 nəfər yaralının olduğu deyilir.

***

Yeni Zelandiyadakı dəhşətli terakt nəticəsində ölənlərin sayı 49 nəfərə çatıb.

Türkiyənin Yeni Zelandiyadakı səfiri Əhməd Ərgin ölənlər arasında türk vətəndaşının olmadığını, lakin iki türkün yüngül yaralandığını bildirib.

Tarix
2019.03.15 / 15:08
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla