Yuxarı

Ərdoğan CHP-nin namizədini təbrik etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Moskva səfərindən qayıdarkən Esenboğa hava limanında Ankaranın yeni bələdiyyə sədri CHP-çi Mənsur Yavaş qarşılayıb.

Axar.az xəbər verir ki, bu barədə “Hürriyyət” yazarı Əbdülqədir Səlvinin “ASQ təkrar seçki, yoxsa davam deyəcək?” başlıqlı yazısında bildirilib.

“Prezident Ərdoğan Rusiyadan qayıdarkən Esenboğa hava limanına enmişdi. Ərdoğan protokol zamanı Ankara bələdiyyəsinin sədri Mənsur Yavaşı gördükdə əlini sıxır, “xeyirli olsun” deyir. Yavaş isə “təşəkkür edirəm” deyərək qarşılıq verir. Nazirlər və AKP sədrinin müavinləri də Mənsur Yavaşa “xeyirli olsun” deyirlər. Bu seçkilərdə sərt kampaniya dövrü yaşandı, ancaq seçki bitdi. Paytaxtın bələdiyyə sədri ilə prezident arasındakı münasibətlərin normallaşması baxımından vacib olduğu üçün bu dialoqu paylaşdım”, - Səlvi yazıb.

Qeyd edək ki, 31 mart seçkilərində 50.93 faiz səslə qalib gələn CHP namizədi Mənsur Yavaş paytaxt Ankaranın yeni bələdiyyə sədri olub.

Tarix
2019.04.11 / 12:41
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla