Yuxarı

Poroşenko Zelenskini təbrik etdi - Acı məğlubiyyət

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

08:00

Bu gün Ukraynada prezident seçkilərinin ikinci turu start götürür.

Axar.az xəbər verir ki, mübarizə məşhur şoumen Vladimir Zelenski və hazırki Prezident Pyotr Poroşenko arasında gedəcək.

Hər iki namizəd Ukraynanın yeni prezidenti olmaq uğrunda mübarizə aparacaq.

Xatırladaq ki, Ukraynada prezident seçkilərinin birinci turu martın 31-də keçirilib. Ukrayna Mərkəzi Seçki Komissiyası 44 nəfəri prezidentliyə namizəd olaraq qeydə alıb. Sonradan beş nəfər namizədliyini geri götürüb. MSK-nın seçki bülletenində 39 namizədin adı qeyd olunub. Səsvermə nəticəsində Vladimir Zelenski və Pyotr Poroşenko ikinci tura keçiblər.

***

Ukraynadan xaricdə yaşayanların 71,8%-i prezident seçkisində şoumen Vladimir Zelenskini dəstəkləyib. Bu nəticə NİMG HA şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Poroşenkonu dəstəkləyənlərin sayı isə 28,2% təşkil edib.

Məlumata görə, seçkidəki seçici aktivliyi hələlik 19 faizdir.

***

Saat 15:00-a olan məlumata əsasən, seçici fəallığı 47.87 faiz təşkil edib.

“Rosbalt” xəbər verir ki, seçkidə iştirak edən ekzit-polların qeyri-rəsmi nəticələri açıqlanıb. Nəticələrə əsasən, Vladimir Zelenski 75,8%, Pyotr Poroşenko isə 24,2% səs toplayıb.

***

Yerli vaxtla 19:00-a olan məlumata görə Ukrayna polisinə seçkilərdə qayda pozuntusu ilə bağlı 1167 müraciət daxil olub və 15 cinayət işi açılıb.

***

Ukraynada prezident seçkilərinin ikinci turu ilə bağlı keçirilən səsvermə yerli vaxtla saat 20:00-da başa çatıb.

***

Milli "ekzit-poll"un nəticələrinə görə, V.Zelenski 72,3 faiz səslə ikinci turun qalibidir. Hazırki prezident Poroşenko isə 25,3 faiz səs toplayıb.

***

Hazırki prezident Pyotr Poroşenko seçkilərdə məğlubiyyətini etiraf edib:

“Artıq növbəti ayda prezidentlik postunu tərk edəcəyəm. Ukraynalılar belə qərar verdilər. Mən bu qərarı qəbul edirəm. Lakin onu da vurğulamaq istəyirəm ki, mən siyasəti tərk etmirəm”.

***

Zelenski “ekzit-poll” nəticələrini şərh edib.

O, dəstəyə görə tərəfdarlarına təşəkkür edib:

“Biz bunu birlikdə etdik. İndi pafos olmayacaq, mən sadəcə təşəkkür etmək istəyirəm. Dəstək üçün öz valideynlərimə, həyat yoldaşıma təşəkkür edirəm. Komandamıza, bütün qərargaha, hər kəsə, ekspertlərə, hüquqşünaslara, könüllülərə, müşahidəçilərə, bir sözlə, hamıya təşəkkür edirəm”.

***

Poroşenko qələbə münasibətilə opponenti Zelenskini təbrik edib.

Bu barədə Zelenski keçirdiyi mətbuat konfrasında deyib:

“Elə indicə o (P.Poroşenko) məni qələbə münasibətilə təbrik etdi. Təbrikə görə mən ona olduqca minnətdaram. İstənilən vaxt onun köməyinə arxalana biləcəyimi söylədim. O, mənim və komandamın qalibiyyətini qəbul etdi. Bu əladır. Biz Ukraynanı birləşdirəcəyik”.

Tarix
2019.04.21 / 22:46
Müəllif
Pərviz, İlkin
Digər xəbərlər

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla