Yuxarı

Saakaşvilidən şok: Putin bu iki ölkəyə hücum edəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Polşanın mərhum prezidenti Lex Kaçinskini 2008-ci ildə Gürcüstana gəldiyinə görə hədəfə almışdı.

Axar.az xəbər verir ki, bunu “Virtualna Polska” saytına müsahibəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib.

“Mən Putinin Kaçinskinin təyyarəsini vuracağıyla bağlı necə təhdidlər səsləndirdiyini xatırlayıram. Mənim üçün Smolensk (Kaçinskinin təyyarəsinin vurulduğu yer – red.) Tiflis hadisələrinin məntiqi davamıdır. Putin Kaçinskinin qətlində maraqlı idi.

Məncə, ruslar texniki baxımdan asanlıqla təyyarəni qəza vəziyyətinə sala bilərdilər”, – deyə o bildirib.

Saakaşvili Putinin hazırda populyarlığını itirdiyini və buna görə də onun yeni avantüra planlaşdırdığını deyib:

“Gürcüstana təkrar hücumun mənası yoxdur. O öz təsir sferasında hərəkət etməyə başladı, daha sonra Suriya ilə məşğul oldu və vasitəçiləriylə Qərbə qarşı müharibə apardı. İndi isə o, birbaşa Qərbə hücum etməli olacaq. Ona görə ki, yalnız bu addım rusların diqqətini cəlb edəcək. Putin NATO üzvü olduqları üçün Litva, Latviya və Estoniyaya hücum etməyəcək. Onun hədəfi NATO üzvü olmayan Finlandiya və İsveç olacaq. Ruslar elə də böyük olmayan torpaq sahəsi və ya ada tutacaqlar ki, Putin inkişaf etmiş Qərb ölkəsinə hücumunu göstərə bilsin. Bu halda İsveç və ya Finlandiya etiraz edəcək, amma hərbi əməliyyat keçirməyəcəklər. Qərbin cavabı sanksiyaların gücləndirilməsi olacaq, amma bu, heç nəyi dəyişməyəcək”.

Tarix
2019.04.21 / 12:54
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla