Yuxarı

İspaniya kralından ailəsinə bahalı hədiyyə qadağası

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İspaniya kralından ailəsinə bahalı hədiyyə qadağası

İspan kralı VI Filipin yeni sərəncamına əsasən, onun ailə üzvləri bahalı hədiyyə ala və pulsuz xidmətdən istifadə edə bilməyəcəklər.

Axar.az RİA Novosti-yə istinadla bildirir ki, söhbət xüsusilə güzəştli kreditlərdən və ya təyyarəyə pulsuz bilet alışından, eləcə də adi, sosial və ya xeyriyyə hədlərini aşan istənilən digər hədiyyələrdən gedir.

Beləliklə, İspaniyanın hazırkı kralı heç vaxt atası Xuan Karlos tək dəyəri 10 milyon avro olan "Fortuna" yaxtası və ya 2011-ci ildə Ərəb Əmirliklərinin baş nazirinin bağışladığı iki "Ferrari" kimi hədiyyə ala bilməyəcək. Yeri gəlmişkən, avtomobillərdən biri artıq dövlətə təhvil verilib (ümumxalq malı elan edilib), ikincisi isə tezliklə bütün ispanların malı elan ediləcək.

Kral ailəsi üçün yeni qaydalar 1 yanvar 2015-ci ildən qüvvəyə minəcək və kralın bacıları istisna olmaqla bütün ailə üzvlərinə şamil ediləcək. Ancaq bacılar da ictimai tədbirlərdə bahalı hədiyyələr qəbul edərsə, onlar ümumxalq malı elan ediləcək.

Hədiyyələrin dəyərinə məhdudiyyət qoyulmayıb, son söz kralın olacaq, məhz hansı hədiyyənin "bahalı" hesab oluna biləcəyinə o qərar verəcək. Hökumətin yüksək rütbəli üzvlərinə, eləcə də yerli hakimiyyət orqanlarının rəhbərlərinə qarşı analoji tədbirlər dekabrın 10-dan qüvvəyə minəcək.

Tarix
2014.12.05 / 13:06
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

ABŞ İrana hücum edəcək? - Pol Qobldan mühüm proqnoz

Cəlalzadə Bakıda kimi hədələdi? - İranla bağlı təhlükə

Ceyms Di Vens Azərbaycana gəlir

Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi

Nə muxtariyyət, nə hərbi struktur: SDQ tam “əriməlidir”

Sülh Şurasına qoşulmaq Bakıya nə qazandıracaq?

Bakının bunu etməsi böyük hadisədir - Subari

Qarabağı Azərbaycan adlandıran nazirə hücum

Bu iclasda iştirak etmək böyük şərəfdir - Səfir

Bakının təhvil verdiyi 10 erməni və 1 rusla bağlı son xəbər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla