Qorbaçovun "yenidənqurma"sından sonra nəhayət ki,
SSRİ-də hər şey dağılmağa başladı.
Axar.az xəbər verir ki, bu sözlər rusiyalı politoloq Qriqori
Trofimçukun öz Feysbuk səhifəsində SSRİ-nin çökməsi ilə bağlı
yazdığı statusda qeyd olunub.
O, 80-ci illərdə SSRİ-də üç baş katibin ard-arda ölməsinin ölkə
üçün fəlakət olduğunu bildirib:
"1982, 1984 və 1985-ci illərdə Kremldə bir-birinin ardınca üç
Mərkəzi Komitə katibi həyatını itirdi. Bu, artıq fəlakət idi çünki
hələ indiyə qədər belə bir şey olmamışdı. Ona görə də 1985-ci ildə
daha gənc və aktiv birini təyin etmək qərar alındı. Bədbəxtlikdən
ələ həmin o ləkə ilə Mixail Sergeyiviç Qorbaçov düşdü. O, Qərbin
əlaltısı-filan deyildi, sadəcə olaraq, diplomlu kolxozçu idi. Bu,
III Aleksandrın ölümündən sonra taxta təsadüfən II Nikolayın
çıxmasına bənzəyir. Qorbaçov 1985-ci ilin yazından alkoqolizmlə
mübarizəyə başladı. Məhz bu, neft gəlirlərindən öncə ölkəyə təsir
etməyə başladı. Əvvəl üzüm tənəkləri məhv edildi, ardınca isə
dükanlarda şəkər, maya itməyə başladı. Əvəzində söz verilən ucuz
şirələr peyda olmadı. Bunun ardınca isə zəncirvari reaksiya
qanununa uyğun olaraq hər şey itməyə başladı. Tezliklə qida bazarı
balansını itirdi. Bu, özüylə bərabər avtomatik olaraq xərc uçotu,
özünə yeni rəislərin seçilməsi ilə bağlı yeni qanun paketinin
hazırlanmasını tələb etdi. Yəni bütün sistem rahat və görünmədən
aşağıya doğru getməyə başladı".
Politoloq Çernobıl partlayışının da SSRİ-nin çökməsinə təsir
etdiyini deyib:
"Çernobıl Atom Elektrik Stansiyasındakı partlayış informasiya
dövriyyəsinə yeni anlayış olan "aşkarlığ"ı gətirdi. Nüvə buludunu
görməyə məcbur olan isveçlilər Qorbaçovdan sərt şəkildə soruşmağa
başladılar: "Sən hansısa yeni fəaliyyətdən danışırsan, amma atom
stansiyasındakı partlayışdan yalan informasiyalar verirsən. Bəs
sənin bütün dünyaya açıqlığın haradadır?" Tezliklə "Yenidənqurma"
başladı. Təməldə olan əsas problemlərin düzəldilməsi üçün inkişaf
etməkdən olan dramatik situasiya ilə həqiqətən nə isə etmək lazım
idi".
Q.Trofimçuk məhz "yenidənqurma"da sonra ittifaqın daxilində
parçalanmanın başladığını söyləyib:
"Şərqi Avropa ölkələri, ittifaqın öz daxilində olan Krım,
Qazaxıstan və Qarabağ kimi yerlərdə ilk milli qiyamlar və çıxışlar
başladı. Əfqanıstandan qoşunlar çıxarıldı. Qorbaçov özünü prezident
adlandırdı. Bundan sonra isə bu dağılmanı saxlamaq mümkün olmadı.
Bununla bərabər, həmin dövrdə bircə nəfər də benzinin qiyməti və
dolların kursu barədə hansısa fikir belə söyləmədi. Bu suallar
ölkənin həyatında mövcud deyildi. Beləliklə, bütün bunlardan belə
bir sadə nəticə çıxır: əgər böyük dövlətin rəhbərliyində siyasətçi
yox, ən çox danışan və hətta, nə bilim, haralarasa qurtarıb
diplomları olan sadə adam oturursa, o, zəmanət verərək dövləti
dağıdır. Bu hal II Nikolayda da belə olmuşdu və Qorbaçovda da
təkrarlandı. Ona görə də biz gələcək nəsil kimi SSRİ çöküşü ilə
bağlı öz beynimizi vəhşi, uydurma versiyalarla qarışdırmamalıyıq.
Hər şey çox asan və eyni zamanda çox qorxuludur".