Yuxarı

Paşinyana “sürpriz”: reytinqi düşür, Qarabağ isə “əsas” deyil

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyana “sürpriz”: reytinqi düşür, Qarabağ isə “əsas” deyil

2018-ci ilin sentyabrından bu yana Ermənistan Baş naziri Nikol Paşinyanın reytinqi azalır.

Axar.az xəbər verir ki, bu nəticə “Qallup” şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Sorğuya əsasən, ermənilərin 20%-i həyatından tam, 53,1% qismən razı olduğunu bildirib. 2018-ci illə müqayisədə həyatlarından razı olanların sayı 5% artıb.

11% erməni ölkədəki iqtisadi situasiyanı yaxşı dəyərləndirdiyi halda 54,4% orta, 33,4% isə pis qiymətləndirib.

Ermənilərin həmçinin 54%-i ailələrinin rifah səviyyəsinin 1 il sonra artacağına ümid etdiklərini deyiblər. Respondentlərin fikrincə, hazırda Ermənistanın ən böyük problemi işsizlik (45%), iqtisadi situasiya (40%), aşağı əməkhaqqı (26,8%), Qarabağ konflikti (26,1%) və miqrasiyadır (10,5%).

Ermənilər həmçinin ölkələrinin daha çox Rusiyaya inteqrasiya etdiklərini düşünürlər. Bu fikri 30,1% şəxs müdafiə edir. Bütün güc mərkəzləri ilə münasibətlərin eyni səviyyədə inkişaf etdirildiyini düşünənlər respondentlərin 28%-ni təşkil edir. Ondan sonrakı yerdə isə AB (17,1%), Avrasiya İttifaqı (7,5%) və ABŞ (5,3%) dayanır.

Sorğu iştirakçılarının 20,3%-i hökumətin fəaliyyətindən tam, 53,8%-i qismən razı olduğunu bildirib. 13,8% qismən narazı, 7,8% isə tam narazı qaldıqlarını bəyan edib. Keçən ilin analoji dövrü ilə müqayisədə Paşinyanın hakimiyyətindən tam razı qalanların sayı 12,7%, qismən razı qalanların sayı isə 2,8% azalıb.

Hökumətin iqtisadiyyatda uğurlu nəticələrə çata bilməyəcəyini düşünənlərin sayında isə artım müşahidə edilib. Belə ki, keçən illə müqayisədə bu göstərici 5% artaraq 11,6% təşkil edib. Paşinyanın təyinatlarından razı olanların sayında kəskin azalma müşahidə edilib. Bu göstərici 76,4%-dən 52,7%-ə qədər geriləyib.

Tarix
2019.05.22 / 16:21
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Azərbaycanlıların olduğu gəmi batma təhlükəsi ilə üzləşdi

Baş nazirdən İrandakı səfirliyimizlə bağlı qərar

İrəvan Qarabağda xidmət edən generallara cinayət işi açır

Sərkisyandan soruşurdum ki, nə baş verib... - Zülfüqarov

Zülfüqarovun cavabı məni heyrətləndirdi – Sərkisyan

Ballıqayadakı cinayətlərə hüquqi qiymət verilməlidir

Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

Moskvadakı səfirliyimizin önündəki təxribatın - Videosu

Ehtiyac olsa, Azərbaycandan elektrik enerjisi alacağıq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla