Yuxarı

Oğul anasını bazarda bıçaqlayıb öldürdü - Təfərrüat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Oğul anasını bazarda bıçaqlayıb öldürdü - Təfərrüat

13:16

Gəncədə qətl hadisəsi baş verib.

Axar.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən "Food siti" bazarında qeydə alınıb.

Belə ki, sözügedən bazarda dükanda qadın paltarı satan 1962-ci il təvəllüdlü L.Verdiyeva bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Ona yardım edilsə də, qadının həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, qadını oğlu aralarında baş verən mübahisə zamanı bıçaqlayıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

***

Gəncədə anasını qətlə yetirməkdə şübhəli bilinən şəxsi polis saxlayıb.

Məlumata görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində 64 yaşlı L. Verdiyevanı kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən oğlu 44 yaşlı Ramin İsmayılov saxlanılıb.

***

Gəncədə baş verən qətlin bəzi təfərrüatları məlum olub.

Teleqraf xəbər verir ki, hadisə şəhərin kənd təsərrüfatı məhsulları və paltar satışı aparılan bazarlarından birində baş verib.

İlkin ehtimala görə, 44 yaşlı Ramil İsmayılov anası Laləzər Verdiyevanı qeyri-rəsmi yaşadığı qadına görə öldürüb.

Belə ki, hadisədən bir gün öncə ana və oğlu arasında mübahisə yaşanıb. Mərhum oğlundan həmin qadından ayrılmasını tələb edib. Növbəti gün R.İsmayılov anasının işlədiyi bazara gələrək L.Verdiyevaya bıçaqla xəsarət yetirib. Qadın aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər Şöbəsinə təhvil verilib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.

Tarix
2026.08.28 / 15:05
Müəllif
Axar.az
Digər xəbərlər

Ankarada Azərbaycanı “xilafət”ə çağırdılar - Video

AKP-nin böyük yanlışı: Bakıya X-də söz atmaq...

İran səfirindən "Səhər Azəri"nin yaydığı görüntüyə reaksiya

Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun

Şövkət Mirziyayev sabah Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla