Yuxarı

Prezident nəvəsinə görə saytı bağladı - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ratel.kz informasiya portalına girişə Qazaxıstanın ən böyük provayderi olan "Kazaxtelekom" tərəfindən blok qoyulub.

Virtualaz.org xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında ratel.kz portalının həmtəsisçisi və redaktoru Marat Asipov deyib.

M.Asipovun sözlərinə görə, provayder şirkət sayta girişin əngəllənməsinin səbəbləri barədə heç bir açıqlama və ya izahat vermir.

Portalın əməkdaşlarının təxminlərinə görə, buna saytda dərc olunan "tənqidi materialların bolluğu" səbəb ola bilər.

Maraqlıdır ki, sayt bağlanmazdən əvvəl ora Qazaxıstan prezidenti Nursultan Nazarbayevin nəvəsi Nurəli Nazarbayevin paytaxt Astana şəhəri merinin müavini vəzifəsinə təyin olunması barədə məqalə yerləşdirilib. Məqalənin sərlövhəsi isə belə olub: "Rahat Əliyevin oğlu paytaxt merinin müavini oldu".

Rahat Əliyev Nursultan Nazarbayevin keçmiş kürəkənidir. Hazırda Avropada narahat siyasi mühacirət həyatı yaşayan Rahat Əliyev adam oğurluğunda və qətllərdə ittiham olunur.

Görünür, Qazaxıstan hakimiyyəti keçmiş kürəkənin adının hallanmasından xoşlanmır və Astana merinin yeni müavininin Rahat Əliyevlə qohumluğunun yada salınmasını istəmir.

Qeyd edək ki, ratel.kz saytı Qazaxıstanın hakim elitasının bulaşdığı korrupsiya qalmaqalları barədə müntəzəm olaraq tənqidi materiallar hazırlayıb yayır.

Tarix
2014.12.24 / 00:50
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Britaniya Kralını təbrik etdi

Bayramov Fidanla da danışdı: İsrail-İran gərginliyi...

İranın nüvə obyektləri ətrafında mövcud vəziyyət... - Bayramov

Bakıdan Təbrizə aviareyslər bu tarixədək ləğv edildi – Rəsmi

Bayramov Arakçı ilə danışdı: Ərazimizdən İrana hücum...

Yaxın Şərqdən gələ biləcək yeni sunamilərə hazır idik!

Ermənistanda bu sözə qıcıqlanırlar: Zarafatla deyirəm ki…

Rusiya Azərbaycana təşəkkür etdi

Bu gecə İsrailə bu ölkə də qoşulacaq: İranı nə gözləyir?

İsrailin İran əməliyyatının adı nə məna daşıyır? - İlahiyyatçı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla