Yuxarı

Ermənilər niyə islamı qəbul edir? – Müsəlman Qriqoryan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər niyə islamı qəbul edir? – Müsəlman Qriqoryan

Qloballaşma sayəsində dünya dinlərinin Ermənistanda yayılması qaçılmazdır.

Bu sözləri Axar.az-a açıqlamasında Ukraynada yaşayan və müsəlmanlığı qəbul edən Sergey Qriqoryan deyib. İslamın bununla əlaqədar olaraq ermənilər arasında yayıldığını deyən Qriqoryan özünün bu dini islamın ideoloji sistemi və dəyərlərinin proqressiv rolunu gördüyü üçün qəbul etdiyini bildirib:

“Qloballaşma və onunla əlaqəli olaraq dünya dinlərinin Ermənistan kimi etnokonfensional qoruqlarda yayılması qaçılmaz prosesdir. Ölkəyə daha çox xüsusilə İrandan müsəlman turistlər gəlir, çoxlar burada uzun müddət yaşayır, Ermənistan qadınları ilə nikaha daxil olur, özlərinin dini inanclarını təbliğ edirlər. Onların təbliğatının qarşılıq görməsi də təəccüblü deyil. Hər bir halda hətta həmin iranlıların təbliğ etdikləri belə, erməni kilsəsini məhv edən tamamilə vəhşi millətçi ideologiya ilə müqayisədə böyük irəlləyişdir. Ermənilərin özləri kilsələrini millətçiliyin əlavəsi kimi qəbul edirlər və bunun da nəticəsi olaraq Eçmiədzinin avtoriteti fəlakətli formada aşağı düşüb”.

Qeyd edək ki, Rusiyanın cənubunda, xüsusilə də Stavropol diyarında bəzi Ermənistan vətəndaşlarının müsəlman kimi qeydə alınması haqqında məlumat yayılıb. Situasiya artıq o qədər ciddi hal alıb ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti məsələ ilə maraqlanmağa başlayıb.

Tarix
2019.06.27 / 14:52
Müəllif
Zaur, İlkin
Digər xəbərlər

Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

Qız uşaqları bətndəcə məhv edilir – Təhlükə...

Bakıda var, Tiflisdə var – bəs, İrəvanda niyə yoxdur?

Ərdoğan bu torpağa ayaq basa bilməyəcək – Katz

Azərbaycan XİN Çilini təbrik etdi

Ermənistanda TRİPP layihəsinin icrası müzakirə olundu

Azərbaycan və Estoniya siyasi məsləhətləşmələr keçirdi

Heç bir dövlət bu prosesdən kənar qala bilməz - Əli Nağıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla