Yuxarı

Politoloq prezidenti "öldürdüyünə" görə üzr istədi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Politoloq prezidenti "öldürdüyünə" görə üzr istədi

17:18

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun dünyasını dəyişdiyi haqda xəbər yayılıb.

Axar.az xəbər verir ki, bu barədə “Qovorit Moskva” nəşrinə politoloq Aslan Rubayev paytaxtdakı mənbələrə istinadən danışıb.

“Mənə məlumat verən şəxslər Aşqabadda yaşayırlar. Onlar biznesmenlərdir. Məlumatı dəqiqləşdirmək istədikdə onlar mənə dedilər: xidmət orqanlarında çalışan tanışlar var, onlar deyirlər ki, belədir. Məzuniyyətə çıxanda baş verib”, - Rubayev bildirib.

Qeyd edək ki, informasiya rəsmi qaydada təsdiq və ya inkar edilməyib. Bundan öncə isə Q.Berdiməhəmmədovun Vikipediyasında 21 iyul ölüm tarixi kimi göstərilsə də, az sonra bu məlumat silinib.

***

“Xronika Türkmənistan” saytının məlumatına görə, prezidentin ictimaiyyət arasında görünməməsinin səbəbi anası Oğulabad Berdiməhəmmədovanın səhhətinin pisləşməsi ilə əlaqədardır.

Qəzetin iddiasına görə, o, artıq 10 gündür ki, Almaniyada müalicə olunur.

Onun səhhəti stabil-ağırdır.

Bundan əlavə, Türkmənistanın bəzi müxalif saytları da prezidentin təyyarələrindən birinin Almaniyada göründüyünü iddia ediblər.

***

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun ölümü ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.

Bu barədə Türkmənistanın Rusiyadakı səfirliyi məlumat yayıb.

“Bu tamamilə şayiədir”, - deyə bildirilib.

***

Ölüm xəbəri yayılan Türkmənistan prezidenti Səhiyyə və tibb sənayesi işçiləri günü münasibətilə tibb işçilərinə təbrik ünvanlayıb.

"RİA Novosti"nin məlumatına görə, prezidenti təbrik məktubunda bu sahədə çalışan işçilərin uğurlarından bəhs edib.

***

Politoloq Aslan Rubayev Türkmənistan prezidentinin ölməsi ilə bağlı verdiyi yalan xəbərə görə üzrxahlıq edib.

“Prezidentin doğmalarından və yaxınlarından, həmçinin bütün Türkmənistan vətəndaşlarından üzr istəyirəm. Rus atalar sözlərinə görə, artıq o, mütləq uzun ömür sürəcək”, - deyə Rubayev Feysbuk səhifəsində yazıb.

Tarix
2019.07.21 / 22:01
Müəllif
Orxan Tağıyev
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla