Yuxarı

Paşinyan 4 adamını Qarabağa göndərdi - Məqsəd nədir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan 4 adamını Qarabağa göndərdi - Məqsəd nədir?

Ermənistan Baş naziri Nikol Paşinyan müavini Tiqran Avinyan və diaspor işləri üzrə baş komissar Zare Sinanyanı Qarabağa ezamiyyətə göndərib.

Axar.az xəbər verir ki, bu məlumatı Ermənistan baş nazirinin mətbuat xidməti yayıb. Məlumata görə, 3 gün davam edəcək ezamiyyətdən sonra Avinyan və Sinanyan səfərləri barədə ona hesabat verməlidirlər.

Paşinyan bu şəxslərdən bir gün öncə isə özünün mətbuat katibi Vladimir Karapetyanı, protokol xidmətinin rəhbəri Vahe Akopyanı və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı da Ermənistanın Sünik vilayətinə və Qarabağa ezamiyyətə göndərib. Onların da səfərlə bağlı baş nazirə hesabat verəcəyi bildirilib.

Paşinyanın 4 siyasətçini hansı məqsədlə ezamiyyətə göndərdiyi açıqlanmayıb.

Qeyd edək ki, bundan öncə Paşinyan Qarabağda olub və Xankəndidə "panerməni oyunları"nın açılışında iştirak edib. Üstəlik, o, Xankəndidə mitinq təşkil edərək, Qarabağın Ermənistana birləşdirilməsi gərəkdiyini deyib.

Bu hadisədən öncə isə Armen Qriqoryan Qarabağa Ermənistandan 3-cü avtomobil yolunun çəkiləcəyini və bu yolun Qafanın yerləşdiyi Sünik vilayətindən keçəcəyini bildirib. Sonradan Paşinyan hökumətinə yaxınlığıyla seçilən “1in.am” Qriqoryanın bu açıqlamasının həqiqəti əks etdirmədiyini bildirsə də, rəsmi şəxslər bunu indiyə qədər təkzib etməyiblər.

Tarix
2019.08.07 / 16:30
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Azərbaycanlıların olduğu gəmi batma təhlükəsi ilə üzləşdi

Baş nazirdən İrandakı səfirliyimizlə bağlı qərar

İrəvan Qarabağda xidmət edən generallara cinayət işi açır

Sərkisyandan soruşurdum ki, nə baş verib... - Zülfüqarov

Zülfüqarovun cavabı məni heyrətləndirdi – Sərkisyan

Ballıqayadakı cinayətlərə hüquqi qiymət verilməlidir

Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

Moskvadakı səfirliyimizin önündəki təxribatın - Videosu

Ehtiyac olsa, Azərbaycandan elektrik enerjisi alacağıq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla