Yuxarı

Netanyahuya pis xəbər: Yenə hökumət qura bilmədi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Netanyahuya pis xəbər: Yenə hökumət qura bilmədi

2019.09.17 - 10:53

İsraildə təkrar parlament seçkilərinə start verilib.

Axar.az xəbər verir ki, bugünkü seçkinin nəticələrinə əsasən İsrailin 22-ci çağırış parlamentinin heyəti bəlli olacaq.

Seçkilərdən sonra baş nazir seçiləcək və koalisiya hökuməti formalaşdırılacaq. Seçkilərdə 6.3 milyon vətəndaşın iştirak hüququ təsdiqlənib, partiya siyahılarına ümumilikdə 29 fraksiya daxil edilib.

Xatırladaq ki, İsraildə may ayında baş tutan seçkilərdən 2 ay keçməsinə baxmayaraq, hökumət qurulmadığı üçün parlament (Knesset) özünü buraxıb. 120 deputatdan 74-ü parlamentin buraxılmasının lehinə səs verib. Təkrar seçkilər sentyabrın 17-nə təyin edilib.

Bu, İsrail tarixində ilk təkrar parlament seçkiləridir.

Qeyd edək ki, bir müddət öncə B.Netanyahu seçkilərdə qalib gələcəyi təqdirdə İordan vadisini ilhaq edəcəyini bəyan edib.

***

İsrail Baş naziri Benyamin Netanyahu keçirilən seçkilərdə hökumət qurmaq üçün lazımi nəticəni əldə edə bilməyib.

Kanal-13-ün müxbiri Barak Ravidin məlumatına əsasən, seçkidə Mavi-Ağ İttifaqı 33, Netanyahunun təmsil etdiyi Likud Partiyası 31 yer əldə edib.

Qeyd edək ki, Netanyahu yeni hökuməti qurmaq üçün 61 yerə sahib olmalı idi.

Tarix
2019.09.18 / 00:29
Müəllif
Orxan Tağıyev
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla