Yuxarı

Avropadakı mitinqlər necə dağıdılır - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropadakı mitinqlər necə dağıdılır - Video

Dünən Milli Şura Bakının mərkəzində icazəsiz mitinq keçirməyə cəhd etdi.

Axar.az xəbər verir ki, əvvəlcədən hazırlıqlı olan polis icazəsiz mitinq keçirmək istəyənlərin qarşısını aldı. Polisin rəsmi məlumatına görə, 60 nəfər asayişi pozduğu üçün saxlanıldı. Hətta AXCP sədri Əli Kərimli də icazəsiz mitinqdə iştiraka görə polis tərəfindən saxlanılsa da, sonradan izahatı alınaraq sərbəst buraxılmışdı.

Amma bəziləri polisi dünənki hadisələrdə mitinq iştirakçılarına qarşı həddən artıq sərt davranmaqda ittiham edir. Ancaq həqiqət odur ki, polis üzərinə düşən vəzifəni yerinə yetirməlidir.

Dünya demokratiyasının beşiyi olan Avropada da polisin aksiya, mitinq iştirakçılarına qarşı bundan daha sərt reaksiya göstərdiyinin dəfələrlə şahidi olmuşuq. Fransada ötən il baş verən və uzun müddət davam edən “Sarı jiletlilər” aksiyasında polisin nümayiş etdirdiyi sərtlik hətta bütün dünyanı heyrətə salmışdı.

“Avronyus”un Fransa redaksiyasının jurnalisti Valeri Qoria fransız polisinin Avropada ən yaxşı silahlanmış təşkilat olduğunu deyir. Onlara fişənglər, digər ölkələrdə döyüşlərdə istifadə olunan silahlar verilir.

Qeyd edək ki, Fransada 2018-ci ilin noyabrında başlayan “Sarı jiletlilər”in aksiyası nəticəsində 30 nəfər əlindən və gözündən məhrum oldu, daha 2200 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri aldı.

“Avronyus”un digər jurnalisti Sandrin Amielin sözlərinə görə, aksiyalar vaxtı fransız polisi etirazçıların onlara hücum etmələrindən şikayət edirdilər. Aksiyalar zamanı çoxlu sayda polis əməkdaşı yaralanmışdı. Yəni polis adekvat reaksiya verdiyini açıqlamışdı.

Bohum Universitetinin araşdırmasına görə, il ərzində Almaniyada aksiya iştirakçıları və yoldan keçənlərə qarşı 12 mindən çox zorakılıq qeydə alınır.

Sonda onu da vurğulayaq ki, dünənki icazəsiz aksiyalar zamanı aksiya iştirakçılarından kimsə ciddi xəsarət almayıb.

Tarix
2019.10.20 / 14:58
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla