Yuxarı

Haftarla Sərracın Moskva görüşü: nələr gözlənilir? – İsti şərh

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Moskvada Liviyadakı qarşıdurma tərəfləri arasında keçiriləcək görüş çox güman ki, Rusiyanın Haftara təzyiqləri nəticəsində razılaşdırılıb.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə Liviya Milli Ordusunun rəhbəri Xəlifə Haftarla Liviya Milli Razılıq Hökumətinin sədri Fayez Sərracın Moskvada bu gün keçiriləcək görüşü barədə danışarkən deyib. O bildirib ki, Haftar öz şərtlərini Sərraca diktə etmək üçün Moskva görüşünə razılıq verib:

“Düşünmürəm ki, atəşkəs Haftarın xeyrinədir. Çünki Haftarın əsas məqsədi Tripolini ələ keçirməkdir. Son aylar ərzində bununla bağlı ciddi cəhdlər göstərilir və müəyyən nailiyyətlər də var. Belə vəziyyətdə daha zəif görsənən Sərrac digər ölkələrə, xüsusilə də Türkiyəyə üz tutaraq dəstək istəyib. İndi isə Türkiyənin vasitəçiliyi ilə Rusiya müəyyən uğurlu danışıqlar apararaq atəşkəsə nail olub. Amma atəşkəs şərtidir. Çünki Haftarın əsas məqsədi yaxın vaxtlarda Tripoli əməliyyatını bitirmək və paytaxta sahib çıxmaqadır.

Bundan əvvəl Sərrac və Haftar İtaliyaya səfər etsələr də, görüşdən imtina ediblər. Moskvada keçiriləcək görüş danışıqların heç də uğurlu olacağı mənasına gəlmir”.

Politoloqun sözlərinə görə, Haftarın irəli sürəcəyi şərtlər bəllidir:

“Haftarın əsas şərti ondan ibarətdir ki, Sərrac hökuməti Tripolini tərk etsin. Milli Razılıq Hökuməti Tripolini tərk etsə, siyasi vəziyyət də dəyişəcək. Çünki artıq Liviyanın paytaxtına Sərrac yox, Haftar nəzarət edəcək. Bu da Haftara siyasi əlverişli vəziyyət yarada bilər. Haftarın əsas məqsədi ondan ibarətdir ki, onu Liviyada qanuni hökumət rəhbəri kimi tanısınlar.

Güman edirəm ki, Haftar barışıq hökuməti qurulacağı təqdirdə Sərracdan bu hökumətə özünün başçılıq etməsini, hökumətin təşkilində əsas aparıcı qüvvə olmasını istəyəcək. Əgər Sərrac onun səylərini dəstəkləsə, ikitərəfli siyasi razılaşma mümkündür. Sərrac Haftarı dəstəkləsə də, onun ətrafı və Milli Razılıq Hökumətinin digər üzvləri onu rədd edəcək. Çünki Liviyada barışıq mövqeyində dayanan qüvvələr çox olsa da, onların əsas məqsədləri bir-birinə ziddir”.

İ.Vəlizadə Fayez Sərracın rəhbərliyindəki Milli Razılıq Hökumətinin mövqelərindən çəkilməcəyini və danışıqların uzanacağını söyləyib:

“Burada Suriyaya bənzər bir proses gedir. Ola bilər ki, tərəflər ortaq qurum yaratsın və bu qurumun gələcək taleyi ilə bağlı müzakirələr aparılsın. Amma müzakirələr çox uzana bilər. Bu da Suriya ssenarisinin təkrarlanması deməkdir”.

Tarix
2020.01.13 / 12:44
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla