Yuxarı

Moskvada Liviya danışıqları 6 saatdır davam edir - Yeniləndi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Moskvada Liviya danışıqları 6 saatdır davam edir - Yeniləndi

14:34

Moskvada Liviyadakı situasiya ilə bağlı Rusiya-Türkiyə danışıqları başlayıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz Feysbuk səhifəsində paylaşıb. O, görüşdə xarici işlər və müdafiə nazirlərinin iştirak etdiyini bildirib.

Nazirlərin görüşündən sonra Liviya nümayəndə heyətlərinin görüşə qatılacağı vurğulanıb.

Qeyd edək ki, bu gün Liviya Milli Ordusunun rəhbəri Xəlifə Haftar və Liviya Milli Razılıq Hökumətinin başçısı Fayez Sərrac Moskvaya səfər edib.

***

Moskvada Liviya Milli Razılıq Hökumətinin baş naziri Fayez Sərrac və Liviya Milli Ordusunun rəhbəri, marşal Xəlifə Haftar arasında keçirilən görüş 6 saata yaxındır davam edir.

Report-un məlumatına görə, görüş Rusiya və Türkiyənin xarici işlər və müdafiə nazirlərinin vasitəçiliyi ilə baş tutub.

Görüşün sonunda Liviyada atəşkəsin elan olunması ilə bağlı tərəflər arasında razılaşma imzalanması gözlənilir.

Eyni zamanda Rusiya və Türkiyənin xarici işlər və müdafiə nazirlərinin birgə mətbuat konfransı baş tutacaq.

Qeyd edək ki, ötən həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin Liviyadakı bütün tərəfləri yanvarın 12-si saat 00:00-dan etibarən döyüşləri dayandırmağa çağırıblar. Bundan sonra marşal Xəlifə Həftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu və Liviya Milli Razılıq Hökuməti atəşkəs elan ediblər.

Tarix
2020.01.13 / 18:42
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla