Yuxarı

Türkiyədən Trampa qarşı sərt bəyanat: Planın öldü...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədən Trampa qarşı sərt bəyanat: Planın öldü...

2020.01.28 - 23:37

Xeyr, Tramp! Qüds islam dünyasının qəlbidir və Fələstin dövlətinin paytaxtıdır.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) rəhbərinin müşaviri Numan Qurtulmuş ABŞ Prezidenti Donald Tramp “Əsrin müqaviləsi” planı ilə bağlı Tvitter paylaşımında yazıb.

Qeyd edək ki, Trampın "Əsrin müqaviləsi"ndə Qüds İsrailin paytaxtı olaraq göstərilir.

***

İsrailin işğalına və təqibinə haqq qazandırmaq üçün atdığı addımlara icazə verməyəcəyik.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.

"ABŞ-ın qondarma sülh planı öldü. Bu plan ikidövlətli həll yolu və Fələstin torpaqlarını qəsb etmək məqsədi daşıyan işğal planıdır. Fələstin xalqı və torpaqları pulla alınmır (Plana razı olacağı təqdirdə Fələstinə ayrılacaq 50 milyard yardım nəzərdə tutulur - red.).

Qüds qırmızı xəttimizdir. Həmişə qardaş Fələstin xalqının yanında olacağıq. Bu ərazilərdə müstəqil Fələstin üçün işlərimizi davam etdirəcəyik. Fələstinin qəbul etməyəcəyi hər hansı bir planı dəstəkləməyəcəyik. İşğal siyasətinə son qoymadan Yaxın Şərqə sülh gələ bilməz", - XİN-in bəyanatında qeyd olunub.

Tarix
2020.01.29 / 00:32
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana qarşı qırmızı xətti keçdik - İsrail nəşri

Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı

YAP-da kadr dəyişikliyi: Bu şəxslər vəzifədən uzaqlaşdırıldı

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir

Bakıda bələdiyyə sədri bıçaqlandı, işçisi həbs olundu

Bu gün BTQ-nin yaranmasının 3 ili tamam olur

Azərbaycan Rusiyaya nota verdi: Səfir XİN-ə çağırıldı

Bayramov Bakıda BMT rəsmisi ilə görüşdü

İsrail mediası yazdı: Bu qərar Azərbaycanı incidəcək!

Ermənistan işğalının arxasında Rusiyanın dəstəyi dayanırdı...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla