Yuxarı

BMT 57 ölkəyə 683 milyon dollar ayırdı - Səbəb

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
BMT 57 ölkəyə 683 milyon dollar ayırdı - Səbəb

BMT-nin Əhali Fondu (UNFPA) 57 ölkədə silahlı münaqişə və təbii fəlakət zonalarında ağır şəraitdə yaşayan 48 milyon qadına yardım etmək üçün 683 milyon dollar vəsait toplanması barədə donor ölkələrə və təşkilatlara müraciət edib.

Axar.az xəbər verir ki, bu məqsədlə fond reproduktiv sağlamlıq və səhiyyə müəssisələrinə yardım göstərilməsi üzrə layihə həyata keçirəcək. Fondun icraçı direktoru Natalia Kanem bildirib ki, qadınlar və qızlar silahlı münaqişələrdən daha çox əziyyət çəkirlər. “Artıq onların hüquqlarının, təhlükəsizliyinin və ləyaqətinin qorunması vaxtıdır. Böhranlar və münaqişələr zamanı qadınlara qarşı zorakılıq halları daha da artır. Zərif cinsin nümayəndələri münaqişə və təbii fəlakət zonalarında da hamilə qalır, uşaq dünyaya gətirirlər. Biz onlara tibbi xidmət göstərilməsi və ehtiyaclarının təmin edilməsi sahəsində tədbirlər görməliyik”, -deyə o əlavə edib.

BMT-nin Əhali Fondunun cari ildə həyata keçirəcəyi humanitar aksiya əvvəlki tədbirlərin davamıdır. Belə ki, əvvəlki illərdə artıq 60 ölkədə 19 milyon qadına yardım göstərilib yeddi milyon zərif cinsin nümayəndəsi müxtəlif qadın xəstəlikləri ilə bağlı müalicə kursları keçib.

Tarix
2020.02.12 / 18:47
Müəllif
Axar.az
Digər xəbərlər

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla