Yuxarı

ABŞ-dan Maduroya şok ittiham: Başına 15 milyon qoyuldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-dan Maduroya şok ittiham: Başına 15 milyon qoyuldu

ABŞ Ədliyyə Nazirliyi Venesuela Prezidenti Nikolas Maduro və daha 14 Venesuela məmuru əleyhinə ittiham irəli sürüb.

Axar.az xəbər verir ki, bu məlumatı ABŞ Ədliyyə Nazirliyinin Mətbuat Xidməti yayıb.

Məlumata görə, bu şəxslərin hər biri Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinin (FARK) ABŞ-a etdiyi narkotik tədarükünə yardım ediblər:

“20 ildən artıq müddətdə Maduro və onun yüksək vəzifəli bir sıra həmkarları FARK-la sui-qəsd planında yer alıblar. Nəticədə Amerika şəhərlərinə tonlarla kokain daxil olub”.

Sənəddə həmçinin Maduronun narkotrafikə yardımçı olduğu üçün onu ömürlük həbs cəzasının gözlədiyi bildirilib. Maduro ümumilikdə dörd maddə üzrə ittiham edilib.

ABŞ Baş prokuroru Uilyam Bar isə Maduronun ABŞ-a ekstradisiyası məsələsini şərh etməkdən imtina edib. Bununla belə Bar onu Panamanın eks-lideri Manuel Noreqa ilə müqayisə edib. O, Noreqanın da zamanında ABŞ tərəfindən tanınmadığını və ona qarşı da oxşar ittihamlar irəli sürdüklərini söyləyib.

ABŞ Dövlət Departamenti isə Venesuela prezidenti haqqında ayrı bəyanat yayıb. Dövlət Departamenti Maduronu məsuliyyətə cəlb etməyə kömək edəcək istənilən informasiyaya görə 15 milyon dollar mükafat verəcəyini bəyan edib.

Qeyd edək ki, Manuel Noreqa 1989-cu ildə ABŞ-ın müdaxiləsi sayəsində devrilmişdi. 1992-ci ildə Florida məhkəməsi onu narkoticarətdə ittiham edərək, 40 il azadlıqdan məhrum etmişdi. Sonradan o, Fransa və Panamada digər cinayətlərdə ittiham edilmiş və 2017-ci ildə həbsxanada vəfat etmişdi.

Xatırladaq ki, CNN az öncə ABŞ-ın Maduroya qarşı ittiham hazırladığını bildirmişdi.

Tarix
2020.03.27 / 00:36
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Bundestaqın nümayəndələri Şuşa və Xankəndidə

Xəzər dənizindəki gəmilərə xəbərdarlıq edildi

Ermənistanın cənubu şimalı ilə Naxçıvan vasitəsilə...

Bu razılaşma ilə bağlı problem var, 4 məktub göndərmişik

Tokayev Azərbaycanla bağlı bu sazişi imzaladı

Azərbaycan və Türkiyə hərbçiləri təlimə başladı

Prezident Babişin səfəri ilə bağlı video paylaşdı

İtaliya Naxçıvana hücumu qınadı

Vilayət Eyvazov gürcü həmkarını Bakıya dəvət etdi

Prezident Azərbaycanın iqtisadi vəziyyətindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla