Yuxarı

Azərbaycanlını doğrayıb çamadana yığdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlını doğrayıb çamadana yığdı

Rostov vilayətinin Şaxtı şəhərində öldürülən, əl ayağı kəsilərək çemodana qoyulan azərbaycanlının qatili tapılıb.

APA-nın verdiyi məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində qətlə yetirilən şəxsin başı və bədəni şəhərdəki evlərdən birinin zirzəmisindən tapılıb. Daha sonra onun münasibətdə olduğu şəxslər müəyyənləşdirilib və nəticədə qətli törədən şəxsin kim olduğu aydınlaşıb. Bu, adı açıqlanmayan 39 yaşlı şəhər sakinidir. Sorğu zamanı o cinayəti boynuna alıb. Onun sözlərinə görə, tanışlar evdə birlikdə spirtli içki qəbul ediblər və daha sonra aralarında mübahisə yaranıb. Aralarında dava qızışıb və ev sahibi olan qatil balta ilə azərbaycanlıya bir neçə zərbə vurub. Törətdiyi hadisənin məsuliyyətindən qorxan yerli sakin onun bədənini bir neçə yerə bölməyə və müxtəlif yerlərə atmağa qərar verib.

Faktla bağlı qəsdlə adam öldürmə maddəsi ilə cinayət işi açılıb. Təqsirləndirilən şəxsi 20 ilə qədər azadlıqdan məhrum edilmə cəzası gözləyir.

Xatırladaq ki, bir neçə gün əvvəl Rostov vilayətinin QRES qəsəbəsində çamadanın içində kəsilmiş insan əlləri və ayaqları tapılıb.

Rusiya hüquq-mühafizə orqanları çamadanın içində olan kişi cəsədinin qalıqlarının 46 yaşlı azərbaycanlıya aid olduğunu açıqlayıblar. Həmin azərbaycanlının həbsxanadan yenicə çıxdığı bildirilib.

Tarix
2015.03.05 / 17:12
Müəllif
Axar.az
Digər xəbərlər

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı

İrakli Çikovani Azərbaycanda səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla