Yuxarı

"Forbes" siyahını açıqladı: Dünyada ən varlı kimdir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Forbes" siyahını açıqladı: Dünyada ən varlı kimdir?

“Amazon” korporasiyasının rəhbəri Ceff Bezos ardıcıl olaraq üçüncü ildir dünyanın ən varlı insanları reytinqinə başçılıq edir.

Axar.az xəbər verir ki, dünyanın ən varlı insanlarının 34-cü illik reytinqinə əsasən, Ceff Bezosun varidatı il ərzində 18 milyard dollar azalaraq 113 milyard dollar təşkil edib. Siyahıda ikinci yerdə “Microsoft” kompaniyasının banilərindən biri Bill Qeyts qərarlaşıb. Onun varidatı 98 milyard dollar həcmində qiymətləndirilir.

Fransanın LVMH (Louis Vuitton Moet Hennessy) kompaniyalar qrupunun baş direktoru Bernar Arno üçüncü yerə yüksəlib - 76 milyard dollar. Əvvəlki siyahıda 3-cü olan “Berkshire Hathaway” investisiya fondunun rəhbəri Uorren Baffet isə il ərzində 15 milyard dollar itirərək bir pillə geriləyib. Hazırda onun varidatı 67,5 milyard dollar təşkil edir.

Dünyanın ən varlı insanları reytinqinin ilk beşliyini 59 milyard dollarla Larri Ellison qapayır.

Qeyd edək ki, ümumilikdə “Forbes” reytinqinə dünyanın 2095 milyarderi daxil olub. Onların ümumi varidatı təxminən 8 trilyon dollardır. 2019-cu ildə bu siyahıya daxil olan 2153 milyarderin sərvəti 8,7 trilyon dollara yaxın idi.

Tarix
2020.04.07 / 19:49
Müəllif
Axar.az
Digər xəbərlər

Hərbçilərə şad xəbər: Maaş artımı gözlənilir

Milli Məclisin növbəti iclası başladı

Britaniyanın Azərbaycana investisiyası nə qədərdir?

Kiberməkanda təhlükə böyüyür - DİN-dən mühüm çağırış

Bayramov İshaq Darla ABŞ-İran razılaşmasını müzakirə etdi

Azərbaycan və İran arasında mühüm müzakirə...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

İsveç səfirinin diplomatik fəaliyyəti başa çatdı

Trampla Pezeşkianın imzaladığı anlaşma kimi qalib etdi?

Bayramov banqladeşli həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla