Ana səhifə Planet |
ABŞ Dövlət katibi Con Kerri Misir və İsveçrəyə səfər edəcək.
Axar.az xəbər verir ki, bu barədə departamentin sözçüsü Cen Psaki məlumat verib. Gündəlik mətbuat konfransında danışan xanım Psaki Kerrinin 12 martda Misirin Şarm əl-Şeyx şəhərində keçiriləcək Misir İqtisadi İnkişaf Konfransına qatılacağını deyib.
Kerri Misir səfəri çərçivəsində Prezident Əbdülfəttah Sisi ilə koalisiya qüvvələrinin İŞİD-ə qarşı mübarizəsi, Liviyadakı vəziyyət və Suriyada davam edən böhran daxil olmaqla, ikitərəfli və qlobal məsələləri müzakirə edəcək.
Kerrinin İsveçrə səfəri isə martın 15-nə təsadüf edəcək. O burada 5+1 formatında İran ilə aparılan müzakirələrə qoşulacaq. Səfər çərçivəsində ABŞ rəsmisinin İran Xarici İşlər naziri Cavad Zərif ilə görüşəcəyini gözlənilir.
Tarix
2015.03.10 / 11:05
|
Müəllif
Şəmsəddin Ənsar
|