Yuxarı

Türkiyədən Sərkisyana inanılmaz Papa zərbəsi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədən Sərkisyana inanılmaz Papa zərbəsi

Türkiyənin Ermənistana qarşı çox önəmli diplomatik uğura imza atdığı məlum olub.

Axar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ermənistan qondarma soyqırımın 100-cü ildönümü münasibətilə Roma Papası Fransiski İrəvana dəvət edərək, 24 apreldə xüsusi ayin keçirməsini istəyib.

Ermənistan bu addımla bütün dünyanın diqqətini İrəvana çəkməyə çalışıb.

Lakin məsələdən xəbər tutan Türkiyənin Vatikan səfiri Məhmət Paçacının diplomatik cəhdləri nəticəsində Ermənistanın bu arzusunun qarşısı alınıb və Vatikan İrəvana mənfi cavab verib.

Ermənistan daha sonra Papa Fransiskə qondarma soyqırım ayininin Vatikanda keçirilməsini təklif edib. Katolik dünyasının ruhani mərkəzindən bu dəfə də İrəvana mənfi cavab verilib.

Papa Fransiskin 12 apreldə Vatikanda dini ayin təşkil edəcəyi, lakin Türkiyənin diplomatik uğuru nəticəsində həmin ayinə qondarma soyqırım adının verilməyəcəyi bildirilib.

Tarix
2015.03.30 / 11:28
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Qapımız həmişə qardaş Azərbaycana açıqdır - Mirziyayeva

Azərbaycan üçün ilk: “Əbədi dostluq sazişi” nədir?

Lukaşenkodan Mehriban Əliyevaya təbrik məktubu...

Putin Mehriban Əliyevanı təbrik etdi

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla