Yuxarı

Ermənilərin Gürcüstanı işğal planı üzə çıxdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilərin Gürcüstanı işğal planı üzə çıxdı

Gürcüstan mətbuatının materialları əsasında 90-cı illərin əvvəllərində baş verən Gürcüstan-Abxaziya müharibəsi zamanı Baqramyan adına erməni taborunun döyüşçülərinin törətdiyi cinayətlər ilə bağlı bir neçə məqalə dərc etmişik.

Axar.az xəbər verir ki, sözügedən cinayətlərə dair materiallar ilə tanışlıq nəticəsində aydın olur ki, bu, Gürcüstanın şimal-şərqinin etnik bir hissəsi kimi gürcülərin məhv edilməsindən ibarət olan çoxdan düşünülmüş bir strategiya idi. Gürcüstan mətbuatının yazdığına görə, bu “strategiyanın” başlanğıcı Marşal Baqramyanın yüksəliş dövrünə təsadüf edir.

Gürcüstan Yazıçılar Birliyinin və Abxaziya Elmlər Akademiyası Rəyasət Heyətinin üzvü Sergi Sacaya taborun Baqramyanın adını daşımasının təsadüfi olmadığını xatırladıb. Bu, “Böyük Ermənistan”ın yaradılması planının hazırlamasında marşalın “xidmətləri” qarşılığında edilən təşəkkür idi.

“70-ci illərdə dayımın oğlu birlikdə Moskvaya getməyə qərar verdik. O vaxtı İrəvan-Moskva qatarı işləyirdi. Bilet almadıq və qatar bələdçisindən bizi biletsiz yerləşdirməsini xahiş etdik. Bələdçi bizə beynəlxalq vaqon təklif etdi. Əyləşdik. Dayımın oğlu yunan idi, mən də ana tərəfdən yunan idim. Başladıq yunan dilində danışmağa. Birdən qonşu kupedən idman formasında bir kişi içəri girdi. Bizim gürcü olub-olmadığımızı soruşdu. Bir az söhbət edəndən sonra qonağımız erməni təamlarını masaya düzüb, içki içməyə başladı.

İkinci qədəhdən sonra “idmançı”nın ürəyi açıldı. Abxaziyada vəziyyətin necə olduğunu, gürcülərin qanunları pozub-pozmaduqlarını soruşdu. Bir neçə kiçik problemin olduğunu bildirdim.

Bizi sakitləşdirərək dedi ki, bəs guya yaxın zamanda Abxaziyada ümumiyyətə gürcü qalmayacaq və Abxaziya tezliklə “Böyük Ermənistan”ın bir hissəsi olacaq. Onun sözlərinə görə, Qərbi Gürcstanda bu yöndə artıq işlər gedir. Qonağımız bizi ermənilərin Rusiya ilə birlikdə gürcüləri və abxazları Abxaziyadan qovacaqları ilə bağlı planla tanış etdi”, – Sacaya qeyd dib.

Onun xatirələrində deyilir ki, ermənilər Abxaziyanın erməniləşdirilməsində əsas rolu Rusiyaya vermişdilər. Və bu proses 80-ci illərin sonlarında Moskvanın zəifləməsindən öncə başlayıb.

“Gürcülərin Abxaziyadan qovulması planı 60-cı illərdə hazırlanıb. Yeri gəlmişkən, bunu bizə Baqramyan özü deyib”, - Sacaya xatırlayır.

Qeyd edək ki, bu və ya digər bölgənin erməniləşmə prosesinin strategiyasını təsvir edən kiçik bir fraqmentdir. Davam həmişə olduğu kimi olacaq.

Tarix
2020.09.14 / 14:48
Müəllif
Zaur, Süleyman
Digər xəbərlər

Xalqlarımızı sülhə hazırlamalıyıq – Hikmət Hacıyev

Hikmət Hacıyev KƏŞ-in baş katibi ilə görüşdü

Vəfa ilə müsahibəyə görə erməni kanalı bağlandı - Video

Qətər və AB strateji tərəfdaşlıq sazişi üzrə danışıqlara başladı

Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Video

Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi

Ərdoğanın müavini Azərbaycana gəlir

Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan

Tramp buna görə İlham Əliyevə təşəkkür etdi

Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla