Yuxarı

Yeni korona növü Avropada sürətlə yayılır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropada COVID-19-a yoluxmaların əksəriyyəti keçən ilin sonunda Çinin Uxan şəhərində aşkarlanmış SARS-CoV-2 virusundan deyil, yeni koronavirusdan qaynaqlanır. Yayın əvvəlində ilk dəfə ispan fəhlələri arasında tapılan bu virus tez bir zamanda yayılmağa başlayıb.

Axar.az xəbər verir ki, beynəlxalq alimlər qrupu bununla bağlı apardığı tədqiqatların nəticələrini “medrxiv” portalında dərc edib.

Nəzərə çatdırılır ki, İspaniyada COVID-19-un yeni növü iyun ayında aşkarlanıb. Ötən müddət ərzində artıq ölkənin sərhədlərini keçən yeni virus özünü daha çox COVID-19 ilə büruzə verir.

İsveçrədə 40 faiz, İrlandiyada 60 faiz koronavirusa yoluxmağa səbəb olan yeni virus Böyük Britaniyada daha sürətlə yayılır. Adı çəkilən ölkələrdə hər on haldan səkkizində COVID-19 xəstəliyinə səbəb olan yeni virus habelə Norveç, Latviya, Niderland və Fransada da yayılıb.

Məqalədə 20A.EU1 adlandırılan SARS-CoV-2 variantının Avropada görünməmiş bir sürətlə yayıldığı qeyd olunur. Tədqiqatçılar qrupu virusun insan hüceyrələrinə nüfuz etdiyi zülal birləşməsi vasitəsilə 20A.EU1-də müəyyən bir mutasiyanı təyin etməyə çalışır.

Tədqiqatın rəhbəri, Bazel Universitetinin genetika üzrə mütəxəssisi Emma Xodkorft “Financial Times” qəzetinə müsahibəsində bildirib ki, o bu günə kimi koronavirusun oxşar dinamikalı variantı ilə qarşılaşmayıb. 20A.EU1 virusu SARS-CoV-2 növündən olanların heç birinə bənzəmir. Bununla yanaşı, sözügedən koronavirusun məhz mutasiya səbəbindən sürətlə yayılması sübut olunmayıb.

“20A.EU1-in dinamikası baxımından aydın görünür ki, bu virusun sonradan daha çox yayılmasının qarşısını almaq üçün cari ilin yayında görülən tədbirlər yetərsiz olub”, - deyə Xodkoroft izah edib.

Alimlər belə qənaətdədilər ki, virusun geniş yayılmasına istirahət edənlərin “riskli davranışı” səbəb olub.

Nəticədə Almaniyada noyabrın 2-dən ayın sonuna qədər koronavirus infeksiyasının pandemiyası ilə bağlı “məhdud karantin” rejimi tətbiq olunub.

Fransa Prezidenti Emmanuel Makron da ölkənin bütün ərazisində oktyabrın 30-dan dekabrın 1-dək davam edəcək özünütəcrid rejimi tətbiq edib.

ÜST-nin məlumatına görə, dünyada 43,7 milyondan çox koronavirusa yoluxma faktı qeydə alınıb, 1,16 milyondan çox insan isə həyatını itirib.

Con Hopkins Universitetinin hesablamalarına görə, koronavirusa yoluxan ölkələr arasında ən yüksək göstərici Amerika Birləşmiş Ştatlarında, daha sonra isə Hindistan və Braziliyada qeydə alınıb.

Tarix
2020.10.31 / 01:32
Müəllif
Axar.az
Digər xəbərlər

Makrondan erməni dilində paylaşım: Azərbaycanla sülh...

AB-dən ABŞ-ın rüsum qərarı ilə bağlı sərt gedişat

Ermənilərin işgəncə vermələrini əks etdirən kadrlar göstərildi

"AccessBank"ın xalis mənfəəti 7 milyon manat azaldı

Xəzər dənizi barədə son açıqlama: Quruyacaqmı?

"Aqro Point"in nizamnamə kapitalı yenə azaldı

Ələsgər Ələsgərov nazir müavini təyin olundu

Bakı və İrəvanın danışıqları... - Tramp

Orduda Tovuz döyüşlərinin ildönümü qeyd olundu

NK kənd təsərrüfatı ilə bağlı bu qərarı dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla