Yuxarı

“Rusiyanın Paşinyanı” gəlsə, sonumuz çatdı - Erməni nəşri

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Rusiyanın Paşinyanı” gəlsə, sonumuz çatdı - Erməni nəşri

Ermənistan mediasında şər-böhtan, iftira xarakterli məlumatların yayıldığı oxucularımıza sirr deyil.

Axar.az xəbər verir ki, erməni portalı “Zham.am” nəşri Rusiyada baş verən son siyasi proseslərlə bağlı heç bir məntiqə söykənməyən “məqalə” ilə çıxış edib.

Məqalə müəllifi şimal qonşumuzda baş verənləri “analiz” edir, üstəlik bundan da fakt və dəlillərə əsaslanmayan “nəticələr çıxarır”.

“Hansı ssenarinin baş tutmasından asılı olmayaraq, Rusiyada hər hansı böhran, yaxud itaətsizlik Ermənistan üçün fəlakətli nəticəsi olacaq. I Dünya müharibəsi dövründəki kimi Rusiyada mərkəzi hakimiyyət çöksə, o zaman Zaqafqaziyanın qapıları türk ordusu üçün geniş açılacaq”, - deyə bildirilib.

Müəllif oxucularını inandırmağa çalışır ki, Navalnının hakimiyyətə gəlişi ermənilər üçün pisdir. O, Paşinyanla Navalnı arasında eyniləşdirmə aparmağı da unutmur:

“Bu gün biz “erməni Navalnı”nın ( Paşinyan nəzərdə tutulur – red.) bəhrələrini yeyirik. Əgər bu gün “artsax”dan (Qarabağda hər hansı status mövcud deyil – red.) orada nələrsə qalıbsa, Ermənistan mövcuddursa, bu, şübhəsiz ki, Vladimir Putinin əməyinin nəticəsindədir”.

Erməni müəllif Ermənistan sonunun yaxın olduğunu da əlavə edib:

“Əgər həqiqətin mötərizəsini açmaq üçün kifayət qədər cəsarətimiz olmayacaqsa, o zamanda 1915-də “Qərbi Ermənistanda” (belə bir ərazi mövcud olmayıb - red.) olduğu kimi, tariximizin sonunu yaşayacağıq”.

Tarix
2021.02.02 / 08:30
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

XİN rəhbərlərinin üçtərəfli görüşü keçirildi - Foto

Azərbaycanla bağlı bunu qarşıma məqsəd qoymuşam

Bu böhranların həllinə mane olan amillərdən biri... - Fidan

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq

Rusiyanın bir gündə 6 bombardmançısı məhv edildi

Bu, Nürnberq tribunalının analoqu idi - Prezident

İlham Əliyevin müdrik rəhbərliyi altında... - Hersoq

Azərbaycan çox tolerant ölkədir - İsrail prezidenti

Kartdan-karta pul köçürmələri üzrə limitlər... - AMB

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla