Yuxarı

Polisi qətlə yetirən azərbaycanlı saxlanıldı - Moskvada

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polisi qətlə yetirən azərbaycanlı saxlanıldı - Moskvada

Moskvanın Çertanov məhkəməsi polis əməkdaşı Andrey Bannovun qətlində ittiham olunan Azərbaycan vətəndaşı Nemət Rəşidovun həbsi barədə vəsatəti təmin edib.

APA-nın verdiyi xəbərə görə, bu barədə hakim bildirib.

"Nemət Rəşidov barəsində iki ay müddətinə, yəni iyulun 27-dək, həbs qətimkan tədbiri seçilsin", deyə hakim bildirib.

Müttəhim həbsi ilə bağlı heç bir etiraz bildirməyib.

Bundan əvvəl polis əməkdaşının qətlində şübhəli şəxs qismində saxlanılan Nemət Rəşidova ittiham təqdim edilmişdir.

Qeyd edək ki, mayın 27-də gecə saat 03.00 radələrində polis əməkdaşları içində ödəniş terminalını oğurlamaqda şübhəli bilinən şəxsin olduğu "Qazel" avtomobilini təqib ediblər.

Moskva dairəvi yolunun 24-cü kilometrliyində "Qazel" patrul avtomobilləri tərəfindən dayandırılıb. Lakin cinayətdə günahlandırılan şəxs meşəyə qaçıb. Onu yaxalamağa çalışan polis əməkdaşlarından biri azı 3 bıçaq yarası alaraq hadisə yerində keçinib.

Törətdiyi cinayətə görə Nemət Rəşidov 20 il həbs cəzasına məhkum edilə bilər.

Tarix
2015.05.30 / 23:08
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı

İrakli Çikovani Azərbaycanda səfərdədir

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla