Yuxarı

Vardanyan iki ssenarini açıqladı: Ya köçəcəyik, ya da...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vardanyan iki ssenarini açıqladı: Ya köçəcəyik, ya da...

Erməni əsilli rusiyalı biznesmen Ruben Vardanyan Ermənistanda yaranan böhranın iki inkişaf ssenarisinin olduğunu bildirib.

Axar.az xəbər verir ki, RBK-ya müsahibə verən Vardanyan hökumətlə ordu rəhbərliyi arasında konfliktin qurbanlara gətirib çıxarmayacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, Ermənistanda hər zaman keçmişi müzakirə edirlər, amma gələcək barədə bir kəlmə belə demirlər:

“Birinci variant odur ki, biz çox sakit ola bilərik, 1,5-2 milyon insanın qaldığı, 2 milyard yardımın göndərilmədiyi çox aktiv olmayan yerə çevrilə bilərik. İnsanlar yaxşı yaşayacaqlar, ona görə ki, az sayda insana çox pul düşəcək. Çünki ölkəni çox insan tərk edəcək. Bu, Abxaziyaya bənzəyən ölkə olacaq. Bu ssenari çox realdır. Təkcə cari ildə Ermənsitanı 200 min nəfər tərk etməyə hazırlaşır, 200-300 min nəfər isə bunun barəsində düşünür. Ölkədə 3 milyondan az insan yaşayır və onlar bu ölkədə uğur qazanacaqlarına inanmır”.

Vardanyan ikinci variantının Ermənistanın uğurlu dövlət olacağıyla əlaqədar olduğunu deyib:

“Bu iş üçün diaspor ölkənin həyatında aktiv iştirak etməlidir. Moskva, Piter, Paris və ya Los-Ancelesdən tənqid etmək çox asandır. Onlar durub gəlməyə hazırdırlarmı? Nazir vəzifəsinə yox, kəndə gəlməyə hazırdırlarmı?”

Tarix
2021.02.27 / 09:55
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla