Yuxarı

Quantanamo dəhşəti: Məhbus qızına təcavüzlə hədələndi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Quantanamo dəhşəti: Məhbus qızına təcavüzlə hədələndi

Amerikada yerləşən Quantanamo həbsxanasında saxlanılan məhbusun ifadəsi bir neçə gün əvvəl xarici mətbuatda dərc edilib.

ANS-in məlumatına görə, Şaker Amer adlı 48 yaşlı məhbus ABŞ müstəntiqlərinin əlində olarkən ona edilən dəhşətli işgəncələrdən və təhdidlərdən danışıb. "Onlar mən "lazımi" ifadəni verməsəm, 5 yaşlı qızıma təcavüz edəcəklərini dedilər", - deyə Şakir Amer onu "sındırmaq" üçün qızından istifadə etdiklərini bildirib.

Səudiyyə Ərəbistanında doğulan Şakir Amer bir müddət sonra Britaniyaya köçüb və həyat yoldaşı və 4 övladı ilə orada yaşamağa başlayıb. Sonra o, Əfqanıstanda uşaqlar üçün təşkil edilən xeyriyyə işlərində iştirak etdiyini deyib. Amma bir müddət keçəndən sonra Şakir Amer həbs edilib. Məhbusun sözlərinə görə, 2001-ci ildə o, işgəncələrin sona çatması üçün "bin Laden olması" haqqında saxta etirafa imza atıb. Lakin ona baş çəkən həkimin tibbi hesabatına görə, məhbusa qarşı işgəncələr daim davam etdirilib.

Onun bildirdiyinə görə, ona deyiləndə ki, Quantanamoya göndəriləcək, bir gənc britaniyalı zabit ona yaxınlaşdı və dedi ki, o, Şakir Amerə artıq heç nə ilə kömək edə bilməyəcək.

Şakir Amer Quantanamo həbsxanasında yaşadığı işgəncələri belə təsvir edib: "Mən bura yeni gətiriləndə gecə və gündüz işgəncələrdən çığıran insanların səsini eşidirdim. Nəzarətçilər hər gün hamının gözü qarşısında səni 2-3 saat metal simlərlər, kəmər və rezinlə döyürlər. 5 nəfər üzünə, bədəninə, başına vurur".

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanından ona deyiblər ki, əgər o, amerikalı müstəntiqlərə tabe olsa, onların dediklərini desə, onu müalicə edəcəklər və o, tezliklə azad edilərək ailəsinə qovuşacaq. Buna görə Şakir Amer əl-Qaidə üçün işlədiyini, terrorçular üçün kəşfiyyat məlumatı topladığını yalandan boynuna alıb və bu etirafın lentə alınmasına imkan verib.

Lakin Şakir Amer çox keçmədən aldadıldığını anlayır. "Mən burada öz ləyaqətimi, qürurumu, insanlığımı itirdim. Alt paltarımı çıxarıb onlara verirdim. Sən artıq bir heyvana çevrilirsən. Burada onların dediklərimi etməyə məcbursan. Çünki sən etməsən, onlar bunu zorla edəcəklər və bu daha pis olacaq", - deyən Şakir Amer əvvəlcə amerikalılarla birlikdə olduğu üçün sevindiyini deyib. "Mən qürur duyurdum və inanırdım ki, onlar mənə qarşı ədalətli olacaqlar, çünki onlar amerikalılar idilər. Mən onların insan haqlarına görə amerikalılarla birlikdə olduğum üçün xoşbəxt idim", - deyə "independent" Şakir Amerin sözlərindən sitat gətirib.

O, Quantanamoda məhbuslara qarşı tətbiq edilən özünəməxsus rəftarlardan da danışıb: "İşgəncələrdən bir müddət sonra onlar sənə özünə gəlməyə, sağalmağa imkan verirlər. Beləliklə, sən güclü olduğunu düşünürsən. Sonra səni yenidən "sındırırlar". Sonra yenidən güclü olduğunu düşünür, özünə gəlirsən. Amma bir müddət sonra sən artıq düşünə bilmirsən. Beynin boşalana qədər bu davam edir. Və beləcə, sən artıq real olmadığını, bütün baş verənlərin yuxuda olduğunu düşünürsən".

Şakir Amerin sözlərinə görə, burada ən dəhşətli hissə həbsxana nəzarətçilərinin, müstəntiqlərin məhbusla xoş rəftar etməsidir. "Və ən nəhayət, ən dəhşətli hissə gəlir. Onlar səninlə mehribanlıqla davranırlar. Bu da səni tamamilə darmadağın edir... sən bilmirsən, nəyi sevib, nəyə nifrət edəsən. Çünki hər şey eyni anda baş verir. Sən artıq heç nə bilmirsən. Pislə yaxşını, xeyirlə şəri ayıra bilmirsən".

Söhbəti zamanı Şakir Amer özünü ən çox övladlarına atalıq edə bilmədiyinə görə günahkar bildiyini deyib: "Ən dəhşətlisi bu qədər vaxt ərzində ailəndən uzaq qalmaqdır".

Şakir Amer həbs edildiyi vaxtdan bəri heç vaxt məhkəmə qarşısına çıxarılmayıb, mühakimə edilməyib. 2008-ci ildə isə Şakir Amer ABŞ tərəfindən azadlığa buraxılmaq şərtilə bəraət qazansa da, o, azadlığa buraxılmayıb. Məhz buna görə də onun azad edilməsi üçün cəhdlər gücləndirilir. İndi isə Şakir Ameri dəstəkləyənlərin qorxusu odur ki, o, Britaniya əvəzinə Səudiyyə Ərəbistanına göndərilə bilər.

Tarix
2015.06.07 / 16:45
Müəllif
Axar.az
Digər xəbərlər

Səhiyyə sistemi yeni mərhələyə keçdi - TƏBİB

Hacıyev çinli nazirlə bu əməkdaşlığı müzakirə etdi

Palata QHT Agentliyində nələr aşkarladı? - Faktlar

Kamran Əliyev İran səfirini qəbul etdi - Foto

Bakının önəmli mərkəz qismində əhəmiyyəti artmaqdadır

İrəvanda Türkiyə bayrağı yandırıldı - Bakıdan reaksiya

Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

“Telegraf” Türkiyədən üzr istədi – Nə baş verir?

5 gəmimiz AB-nin sanksiya siyahısından çıxarıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla