Yuxarı

ABŞ-da Türkiyəyə sanksiya qanunu müzakirəyə çıxarılır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-da Türkiyəyə sanksiya qanunu müzakirəyə çıxarılır

Amerikalı demokrat senatorlar Türkiyəyə sanksiyaların tətbiqi ilə bağlı qanun layihəsi hazırlayıblar.

Axar.az xəbər verir ki, yeni qanun layihəsinə əsasən, əgər Türkiyədə bundan sonra hansısa insan haqları pozularsa, o zaman ölkəyə sanksiya tətbiq olunacaq. Qanun layihəsi təsdiqlənərsə, ABŞ dövlət katibinə Türkiyədə siyasi məhbusların azad edilməsinə çalışan QHT-lərə dəstək verməsi tapşırılacaq.

Sənəddə Türkiyə hökumətinin təkcə jurnalistlərin yox, vəkillərin, hakimlərin, prokurorların təqibini dayandırması və beynəlxalq öhdəliklərə əməl etməsi gərəkdiyi bildirilib. Ankaranın lazımi tədbirlər görməyəcəyi halda ABŞ prezidentinin “Maqnitski” Aktına uyğun olaraq, Türkiyəyə sanksiyalar tətbiq edəcəyi, eləcə də ABŞ Maliyyə Nazirliyinin bütün beynəlxalq maliyyə institutlarına ölkəyə istənilən kredit və qrantın təqdimatının dayandırılması ilə bağlı tapşırıq verəcəyi vurğulanıb.

Yeni qanun layihəsi üç senator – Edvard Marki, Ron Uayden və Cef Merkli tərəfindən hazırlanıb. Bu, artıq onların hazırladığı 3-cü belə sənəddir. Belə ki, 2017 və 2019-cu illərdə oxşar qanun layihələri hazırlansa da, qəbul edilməmişdi.

Tarix
2021.05.01 / 14:15
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla