Yuxarı

Obama ilə selfi çəkən xanım nazir istefa verdi - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Obama ilə selfi çəkən xanım nazir istefa verdi - Foto

Danimarkada millət vəkili seçkisindən sonra ən çox səs toplamasına baxmayaraq, hökumət qura bilməyən Baş nazir Helle Torninq-Şmidt Sosial Demokratlar Partiyası başçılığından istefa verdiyini açıqlayıb.

Axar.az xəbər verir ki, Şmidt istefasını məclisdə açıqlayıb.

Helle Torninq-Şmidt lider olmaq üçün hər zaman əlindən gələni etdiyini bildirib:

"Ancaq liderlik həm də doğru zamanda geri çəkilməkdir. Bu zaman isə indidir. İstefa verirəm və partiyamıza yeni bir başçı gələcək. Mən ilk qadın baş nazir idim, ancaq sonuncusu olmayacağam".

Danimarkanın yeni baş naziri olması gözlənilən Venstre Partiyasının lideri Lars Lokk Rasmussen isə Şmidtdən sonra məclisə gələrək partiyaya səslənib. Rasmussen danimarkalıların seçkidə yeni bir hökumət istədiyini dilə gətirib:

"Dörd il əvvəl baş nazirlik ofisinin açarlarını təhvil vermişdik, ancaq mən bunların borc olaraq verildiyini söyləmişdim".

Qeyd edək ki, Helle Torninq-Şmidt 2013-cü ilin dekabrında Nelson Mandelanın cənazə mərasimindəki səhnə ilə də xatırlanır. Bir çox dünya liderinin iştirak etdiyi mərasimdə Danimarkanın Baş naziri Helle Torninq-Şmidt, ABŞ Prezidenti Obama və İngiltərə Baş naziri Kemeronun yayılan görüntüsü geniş müzakirələrə səbəb olmuşdu.

Helle Torninq-Şmidt telefonunu çıxararaq Obama və Kemeron ilə gülümsəyərək şəkil çəkdirmişdi. Ancaq Mişel Obamanın vəziyyətdən narahatlığı da diqqətdən yayınmamışdı.

Tarix
2015.06.19 / 23:47
Müəllif
Jalə Səmədova
Digər xəbərlər

Uitkoff mühüm forumda İlham Əliyevdən danışdı - Video

Bayramov Mirzoyanla danışdı

Türkiyə və Naxçıvana hücum: göstəriş verənlərin kimliyi...

Putin buna görə İlham Əliyevə təşəkkür etdi

Rusiya buna görə Azərbaycana təşəkkür etdi

Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə görüşdü

İlham Əliyev Gürcüstan səfirliyində: başsağlığı verdi - Foto

Ruttedən Azərbaycan açıqlaması: Mühüm addım idi...

Azərbaycan üzərindən tranzit... - Qriqoryan

Rusiyanın İrana yardım qatarı Astaraya çatdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla