Yuxarı

Qanuni oğrular Çeçenistana yığışdı - “Sxodka”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qanuni oğrular Çeçenistana yığışdı - “Sxodka”

Çeçenistanda "kriminal general" Əziz Batukayevin təşkilatçılığı ilə qanuni oğruların "sxodka"sı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı "Rosbalt.ru" saytı özünün etibarlı mənbələrinə istinadən yayıb.

Mənbənin məlumatına görə, görüş Qudermes rayonunun Djalka kəndində keçirilib. Görüşdə məşhur qanuni oğru Oleq Şişkanov da (Şişkan ləqəbli, slavyan qruplaşmasının liderlərindəndir – red.) iştirak edib. Qanuni oğrular "sxodka" zamanı Çeçenistanda fəaliyyətlərinin genişləndirilməsini, Kaxa ləqəbli Kaxaber Parpaliyanın taleyini (Parpaliyaya qarşı kifayət qədər güclü çeçen ailələrindən biri qan davası elan edib – red.) və digər məsələləri müzakirə ediblər.

Qeyd edək ki, "sxodka"nın təşkilatçısı Əziz Batukayev əslən Qırğızıstandandır. O, 2014-cü ildə Çeçenistanda həbs olunduqdan sonra ölkəsinə ekstradisiya olunmayıb. Amma maraqlı məqam orasındadır ki, Batukayev gözlənilmədən 2015-ci ildə azadlığa çıxıb. Onun azadlığa buraxılmasının səbəbi isə hələ də bilinmir.

Tarix
2015.06.23 / 13:38
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı

İrakli Çikovani Azərbaycanda səfərdədir

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla