Yuxarı

Obama girovlarla bağlı siyasətdə dəyişiklik etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Obama girovlarla bağlı siyasətdə dəyişiklik etdi

ABŞ Prezidenti Barak Obama terrorçu qrupların girov götürdüyü amerikalılarla bağlı siyasətdə dəyişiklik etdiklərini açıqlayıb.

Axar.az xəbər verir ki, ABŞ prezidenti bununla bağlı Ağ Evdə çıxış edib.

Obama ABŞ hökumətinin bundan sonra terrorçularla danışıqlar aparmağa çalışan və qohumlarının azad edilməsi üçün pul ödəmək istəyən ailə üzvlərini cəzalandırmaqla hədələməyəcəyini açıqlayıb.

Hökumət şəxslərin terrorçularla ictimaiyyət və özəl şəxslər vasitəsilə əlaqə saxlamaq səylərinə kömək edəcək.

11 sentyabr 2001-ci il hadisələrindən sonra terrorist qrupların 80-dən çox amerikalını girov götürdüyünü söyləyən Obama onların ölkələrinə etibarlı şəkildə geri gətirilməsi üçün əllərindən gələn hər şeyi edəcəklərini bildirib:

"Amerikalı girovların evlərinə təhlükəsiz şəkildə dönməsi ən böyük prioritetimizdir. ABŞ rəhbərliyinin terror qruplarına pul ödəmək kimi güzəştlər etməyəcəyini deyə bilərəm. Bu, ictimaiyyətdə müzakirələrə səbəb ola bilər. Girovların yaxınları bu mövzuda olduqca həssasdır. Mən də buna yalnız başçı olaraq deyil, eyni zamanda bir yoldaş və ata olaraq baxıram. Əgər mənim ailəm təhlükədədirsə, onları geri qaytarmaq üçün hər şeyi edərdim. Hökumətin terroristlərə pul ödəməsi daha çox amerikalını təhlükəyə atmaqdır və bununla da, dayandırmaq istədiyimiz terrorizmə dəstək verməkdir. Hazırkı siyasətimiz sonunda amerikalıların təhlükəyə daha az düşməsinə yönəlib".

Tarix
2015.06.25 / 12:48
Müəllif
Jalə Səmədova
Digər xəbərlər

Ceyhun Bayramov Dima Yəhya ilə görüşdü

Mübariz Mənsimovun gəmisi necə vurulub, ölənlər kimlərdir?

Vurulan gəmidə azərbaycanlılar var idi - Zelenski

Azərbaycana qarşı kampaniya... - AKP-çi yazdı

Azərbaycanla bir millətik, amma bir dövlət deyilik! - Kılıç

Paşinyan Musayevə görə onu işdən qovdu

Estoniya XİN başçısı Azərbaycana gəlir

Məktəblərdə hicabı qadağan edən türk ölkələri - Siyahı

Əliyevin büstünə görə erməni məhkəməyə çıxarılır

Prezident xanım səfiri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla