Yuxarı

10 gündə Rusiya Türkiyəyə 3 həmlə etdi - Detallar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ərdoğan-Putin zirvəsi üfüqdədir. Prezident Ərdoğanın bu ayın sonunda və ya ən geci oktyabrın əvvəlində Rusiyaya səfəri gözlənilir. Çox kritik mövzular var ki, Kreml bu zirvəni “ikitərəfli münasibətlərin başlanmasından bəri ən əhatəli gündəm” olaraq xarakterizə edib.

Axar.az xəbər verir ki, bunu türkiyəli tanınmış jurnalist Taha Dağlı deyib.

Onun sözlərinə görə, müxalifətin Suriyada iki qalası var idi: Dera və İdlib. Rusiya rejimi, İran Deranı aldı. İndi növbə İdlibdədir:

“İdlibə genişmiqyaslı hücum başlayarsa, köç axını olacaq və bu, Türkiyəni çətin vəziyyətə salacaq. Rusiya hazırda İdlibi bombalayır və Türkiyəni günahlandırır. İdliblə bağlı son razılaşma 5 mart 2020-ci ildə edilmişdi. Bölgədəki aqressivliyi nəzərə alaraq, razılaşmanın yenilənməsi lazımdır.

Rusiya Prezidenti Vladimir Putin bu yaxınlarda Bəşər Əsədi qəbul etdi. O, “Suriya ərazisinin 90 faizi Əsədin nəzarətindədir” dedi. Putinin bu hesablamasına görə, qalan 10 faiz İdlibdir. Putinə görə, PKK-PYD terror təşkilatının işğalı altında olan Fəratın şərqindəki Suriya torpaqları isə Suriya ərazisi deyil. Putin riyazi bir səhv etməyibsə, Fəratın şərqindəki terror təşkilatına muxtariyyət mesajı verir. Rusiya konstitusiya çalışmalarında da PKK-PYD-yə bu jesti etmişdi.

Putinin sözlərindən iki gün sonra, PYD terror təşkilatının lideri, İlham Əhməd adlı qadın terrorçu bir müddət Qəndildə xidmət edən məşhur PKK terrorçusudur. Rusiya xarici işlər nazirinin müavini tərəfindən Moskvada qonaq edilib.

İşin Qafqaz tərəfi də var. Ötən həftə üçlü təlim və Türkiyə-Azərbaycan arasında təlim keçirildi. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova narahatlıqlarını Bakıya çatdırdı.

Yəni 10 gün ərzində ruslar Türkiyəyə qarşı 3 həmlə etdi: Ərdoğan-Putin zirvəsindən əvvəl, masa qurulmadan Türkiyəyə həm İdlib, həm PYD, həm də Cənubi Qafqaz üzərindən barmaq silkələdilər.

Rusiyanı Türkiyəyə qarşı aqressiv atmosferə salan səbəblərdən biri də Ukrayna-Türkiyə münasibətləridir.

İkincisi, Ukraynanın NATO ilə bağlı Türkiyədən dəstək istəməsi və Türkiyənin buna müsbət yanaşması. Üçüncüsü, Ukraynanın Krımın işğalındakı münasibəti, Türkiyənin əvvəldən Krımın işğalına baxışı”.

T.Dağlı qeyd edib ki, Türkiyənin Gürcüstanla oxşar münasibətləri var:

“Bu, Türkiyənin Azərbaycana yaxınlığıdır. Rusiyanın Liviyada Haftar üzərində qurduğu tənliyin Türkiyə tərəfindən alt-üst edilməsi, ABŞ-ın Əfqanıstandan geri çəkilməsi ilə yaranan yeni tənliyi Rusiyanın təhdid olaraq oxuması və bu yeni tənlikdə Rusiyanın deyil, Türkiyənin üstünlük təşkil etməsi... Bütün bunlar rusları Türkiyəyə qarşı aqressivləşdirir.

Putin nə vaxt Türkiyə mövzusunda narahat olursa, etdiyi ilk iş İdlibi qarışdırmaq olur. Putin bunu sonuncu dəfə sınayanda 34 əsgərimiz İdlibdə şəhid olmuşdu. Rusiya İdlibi Türkiyənin zəif yeri kimi görür. Bəli, elədir. Ancaq təkcə Türkiyə üçün deyil. İdlib Türkiyənin zəif yeridirsə, Rusiya və İranın da zəif yeridir. Rusiyanın İdlib üzərindən rus ruleti oynamaq israrı Türkiyəyə ağır bədəllər ödətdirə bilər. Amma belə bir faktura heç vaxt birtərəfli olmayacaq.

Rusiya Suriyada ABŞ-la bir qədər yaxınlaşdı. PYD ilə təmasların artması bunun bariz nümunəsidir. Rusiya və ABŞ Əl-Qaidə terror təşkilatı ilə bağlı ortaq məxrəcə gəlir.

İdilb məsələsi bir daha sarğı ilə bağlanacaq bir yara deyil. Bu və ya digər şəkildə, sözün əsl mənasında, həll olunmalıdır”.

Tarix
2021.09.22 / 17:43
Müəllif
Gülnarə Kazımova
Şərhlər
Digər xəbərlər

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradıldı

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla