Yuxarı

Tiflisdən “3+3” formatı ilə bağlı mühüm açıqlama

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tiflisdən “3+3” formatı ilə bağlı mühüm açıqlama

Gürcüstanın Rusiya ilə birgə “3+3” formatında iştirakı çətin olacaq.

Axar.az xəbər verir ki, bunu Gürcüstan xarici işlər naziri David Zalkaliani Türkiyə və Azərbaycanın təklif etdiyi “Altılıq platforması” (“3+3” – Azərbaycan-Gürcüstan-Ermənistan və Türkiyə-Rusiya-İran) haqda danışarkən deyib. Onun sözlərinə görə, Gürcüstan hansısa formada böyük geosiyasi layihələrdə iştirak etməlidir:

“Bu böyük geosiyasi layihələrdə və münasibətlərdə biz hansısa formada təmsil olunmalıyıq, amma sözsüz ki, bu, dövlət maraqları və hansısa güzəştlər hesabına olmamalıdır”.

Onun sözlərinə görə, Abxaziya və Cənubi Osetiyadan Rusiya qoşunlarının çıxarılması məsələsində inkişaf olmadıqca belə formatda oturmaq və hansısa infrastruktur layihələrindən danışmaq çox çətindir.

O, Gürcüstanın suverenliyi və ərazi bütövlüyünün Tiflis üçün qırmızı xətt olduğunu bildirib.

Bununla belə, Zalkaliani Tiflisin regiondakı yeni proseslərdən kənarda qalmaması gərəkdiyini vurğulayıb:

“Əks təqdirdə onlar Gürcüstandan yan keçər və Gürcüstan öz rolu və funksiyasını itirər. Ona görə də burada dəqiq mövqeyə sahib olmaq çox vacibdir ki, ölkəmizin maraqlarına zərər dəyməsin”.

Tarix
2021.10.08 / 13:44
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Prezident Mikayılovu buna görə işdən azad edib - Cinayət

Hacıyevdən İran açıqlaması: Bunu ABŞ-la müzakirə etmirik!

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Ali Məclisdə yeni komissiyalar yaradılacaq

Almaniya Bakı-İrəvan əməkdaşlığını alqışlayır

Xələfov Pakistan XİN rəhbəri ilə görüşdü

Azərbaycan ABŞ-la 907-ci düzəlişin ləğvini müzakirə etdi

Bayramov BƏƏ-nin XİN başçısı ilə danışdı

Prezident yeni səfirləri qəbul etdi - Foto

Tehranın Bakıya qarşı ritorikası: İran yenə “başladı”?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla