2015-07-29 10:50:00
Türkiyədə 15 iyul dövlət çevrilişinə uğursuz cəhddən
sonra Rokfellerin uzun illər əvvəl etiraf etdiyi və bizim ötən il
dərc etdiyimiz bu məqalə sosial şəbəkədə oxucuların böyük marağına
səbəb olub. Bunu nəzərə alaraq Rokfellerin Türkiyə ilə bağlı məşhur
etiraflarını yenidən təqim edirik:
***
2011-ci ildə Suriyada
vətəndaş qarşıdurması başlayandan bu yana Türkiyənin müəyyən
qüvvələr tərəfindən müxtəlif yollarla müharibəyə cəlb edilməsinə
cəhdlər göstərilir. Eyni zamanda, bir müddətdir ki, Qərb mediası
Türkiyənin İŞİD-ə dəstək verməsi barədə təbliğat materialları
yayımlayaraq, ölkəni terror təşkilatı ilə əlaqədə ittiham edir.
Paralel olaraq isə PKK ilə əldə olunan sülh razılaşması və ölkədə
yaranmış stabilliyi pozmaq, kürd-türk problemini dərinləşdirmək
üçün bütün mümkün vasitələrdən istifadə özünü
göstərməkdədir.
Supergüclərin digər dövlətləri öz maraqları çərçivəsində
qarışdırması və zəiflətməsi həmişə müzakirə mövzusu olub. Onların
bu ssenarisini isə bu günə qədər ən açıq şəkildə yəhudi əsilli
amerikalı milyarder Devid Rokfeller etiraf edib.
Rokfellerin məşhur etirafları zaman-zaman yayımlanıb və böyük
müzakirələrə səbəb olub. Hazırda isə Türkiyə ətrafında baş verən
prosesləri anlamaq baxımından Rokfellerin etiraflarının məhz bu
hissəsi müşahidəçilərin diqqətini bir daha özünə cəlb edir.
Axar.az sözügedən etirafları yada salır:
Adnan Menderes dönəmində "Marşal planı"nı işə
saldıq
Türklər illər boyu kommunizmə qarşı olub. 1950-ci illərdə bizim
dəstəyimizlə Adnan Menderes hakimiyyətə gəldi. Əslində, Menderes
bizimlə lap başdan gözəl dialoqa girmişdi. Bizdən seçkilərdə aldığı
dəstək qarşılığında "Marşal planı" adı altında davamlı borc alır və
ölkə sənayesinə kapital yatırırdı. Lakin hakimiyyət bu pulları o
qədər plansız xərcləyirdi ki, onları qaytarmaq vaxtı çatanda ödəyə
bilmədikləri üçün yenidən bizdən borc götürürdülər. O zaman biz
qarşılığında ondan ölkənin qapılarını xarici sərmayə üçün açmağı və
bizim şirkətlərimizə xüsusi imtiyazlar verməsini istədik. Menderes
bizə bunu heç bir zaman qəbul etməyəcəyini söylədi və bizdən
uzaqlaşmağa başladı. Türkiyədə ilk dəfə idi ki, asfalt yollar
çəkilir, fabrik-zavodlər tikilirdi. Ölkədə müsəlmanlar çoxluq
təşkil etdiyi üçün hər yerdə məscidlər tikilirdi. Menderes bu
şəkildə iqtidardakı yerini gücləndirdiyini zənn edirdi.
Bizdən ayrıldı və edam edildi
Lakin bir çevrilişlə (27 may 1960) Menderes dövrü başa çatdı və
sonunun belə olmasını istəmədiyimiz halda bütün komandasıyla
bərabər edama getdi. Sadəcə, Cəlal Bayar (Türkiyənin 3-cü
prezidenti) canını qurtara bildi, çünki mason idi. Papa Ronkalli və
ya digər adı ilə XXIII Con, Vatikanın təzyiqi ilə onu edam
olunmaqdan xilas edə bildi.
1980 hərbi çevrilişi bizim istəyimizlə baş
verdi
Həmin dönəmdə ölkədə solçular, sağçılar iqtidara gəlir və bizim
istəklərimiz istiqamətində ölkə iqtisadiyyatını idarə edirdilər.
Lakin ABŞ və Avropada inkişaf etmiş ölkələrin bazarlarında tələb
azalmışdı və biz məhsullarımızı sata bilmirdik. Buna görə də digər
inkişaf etməkdə olan ölkələrə tətbiq etdiyimiz planı Türkiyəyə
daşımaq istədik və azad bazar iqtisadiyyatına keçmələrini, idxalın
sərbəst buraxılmasını tələb etdik. İstəklərimizi qəbul etmiş
görünsələr də, işin icrasını yubadırdılar.
Minlərlə türk gənci uydurma ideologiyalar uğruna can
verdi
Sonda bu dilemma bildiyimiz "Ordo Ab Chaos" yoluyla öz həllini
tapdı - yəni "Əvvəlcə xaos, sonra stabillik". Təxribatlarımız
vasitəsilə sağ və sol ideologiyalar arasında savaşlar başladı.
Əslində, qabaqcadan təsdiqlədiyimiz Kipr müharibəsindən sonra
ölkəyə tətbiq edilən sanksiyalar nəticəsində xalq canından bezmiş,
ölkədə yağ və duz tapılmaz olmuşdu. Cinayətkarlar varlanır, xalq
isə səfalət durumuna düşürdü. Ölkəyə göndərilən təxribatçılarımız
üçün xalqı ayağa qaldırmaq heç də çətin olmadı. Ölkə sağçı və solçu
olmaqla ikiyə bölündü və qarşıdurmalar başladı. Hadisələr elə bir
vəziyyətə gəlib çatmışdı ki, küçə döyüşlərində hər gün əlli-altmış
adam ölürdü. Bütün ölkə terror qorxusu altında əzilirdi.
Keçid dövrü və tənzimləmə
İnsanlar axşamlar küçələrə çıxa bilmirdilər. Hər an gülləyə
hədəf olmaq qorxusu var idi. Minlərlə türk gənci uydurma
idealogiyalar uğrunda can verirdi. Hökumət tez-tez dəyişir, lakin
vəziyyəti idarə edə bilmirdilər. Sonra hərbi çevriliş (12 sentyabr
1980) oldu və hər şeyə son qoyuldu. Xalq ölkədəki dəyişikliyi hərbi
çevrilişin nəticəsi olaraq görürdü. Çünki ölkədə terrora son
qoyulmuş və stabil vəziyyət yaranmışdı. Əslində təxribatçılarımızın
görəcəyi iş qalmamışdı, ona görə də səhnədən çıxmışdılar. Burada
oynanılan oyun ondan ibarət idi ki, xalq ümidsiz və çarəsiz
vəziyyətə salınmalı və onlara "xilaskar lider" təqdim edilməli idi.
Ondan sonra bu lider nə edir-etsin, xalq onu qəbul edəcəkdi.
Turqut Özal qapıları istəklərimiz üçün sonuna qədər
açdı
Hərbi hökumət bir müddət dövlət idarəçiliyini əlində saxladı,
sonra isə idarə etməni bizim münasib bildiyimiz liderə verdi. Bu,
Turgut Özal idi. Turqut Özal bizim istəyimiz nəticəsində qapıları
sonuna qədər açdı. Bizim şirkətlərimiz bu bakirə bazara canavar
kimi hücum etdi. İlk vaxtlar qiymətləri çox aşağı salaraq rəqabət
gücünü sıfıra endirdilər. Ölkə artıq Amerika və Avropa istehsallı
mallarla dolmuşdu. Beləcə, inkişaf etməkdə olan ölkələrin hamısında
tətbiq edilən bu planla həm bizlərdən aldıqları məhsulla
şirkətlərimiz varlanırdı, həm də bu malların qarşılığı olan
ödəmələri gerçəkləşdirə bilmələri üçün bizim maliyyə şirkətlərimiz
və banklarımızdan aldıqları kreditlə borc bataqlığına
yuvarlanırdılar. Turqut Özal bu planımızın həyata keçirilməsi üçün
bütün qanunların qəbul olunmasına şərait yaradırdı.
Türkiyədə pul dost, ailə, vicdan kimi anlayışları
unutdurdu
Bu ölkə bizim qaydalarla o qədər tez ayaqlaşdı ki, heç bizim də
düşünmədiyimiz xəyali ixracat kimi metodlar kəşf etdilər. İnsanlar
artıq ən qısa və ən asan yolla pul qazanmağın ardınca düşdülər.
Rüşvət, dövlət banklarının qarəti, siyasi tərəf dəyişmək bunlara
misal ola bilər. Türkiyədə pulun qiyməti getdikcə artdı - dost,
ailə, dürüstlük kimi anlayışlar unuduldu və sadəcə pulu olanlara
hörmət edilməyə başlandı. Bu dövrdə yerli sənaye transmilli
şirkətlərin içində əriyirdi. Dövlət şirkətlərinə isə bizim
istədiyimiz rəhbərlər təyin olunur və məqsədli şəkildə ziyana
salınırdı. Sonunda bu şirkətlər ya bağlanır, ya da özəlləşdirmə adı
ilə ucuz qiymətə bizə satılırdı.
"Kürd Dövləti Layihəsini" gerçəkləşdirmək üçün təşkilat
yaratdıq
Özal sonda bu sistemin gerçəklərini görərək özünü kapitalizmin
çarxlarının arasına atdı. Ailəsini və ətrafını zənginləşdirməyə
başladı. Ölkə elə bir vəziyyətə gəlib çıxdı ki, artıq Özalın
ətrafından şahzadələr peyda olmağa başladı. Onda biz, "ölkə
monarxiya dövrünə geri qayıdır", - deyə düşündük. Əslində hər şey
komediya imiş. Hər nə isə, ölkə vətəndaşlarının fikrini öyrənmək
üçün Özalın kürd dövləti haqda danışmasını istədik. Kürd dövləti
layihəsini həyata keçirmək üçün "….." (Rokfeller həmin təşkilatın
adını çəkmir – red.) adında təşkilat yaratdıq. Bu təşkilatla
mübarizə aparmaq ölkə iqtisadiyyatına çox böyük zərər verdi və
hazırda Osmanlıdan qalan bir ovuc torpaqlarda varlığını davam
etdirən Türkiyə bizim hər bir istəyimizi qəbul edəcək vəziyyətə
salındı. Zənnimcə, yaxın gələcəkdə torpaqlarından bir qədər, bir
müddət sonra isə bizim üçün hələ də keçərli olan Sevr müqaviləsi
çərçivəsində bütünlüklə fədakarlıq etmək məcburiyyətində
qalacaq.
Türkiyə haqqında bir az da danışmaq istəyirəm; çünki dünyadakı
ən strateji mövqedəki ölkədir və bizim üçün çox önəmlidir.
Səbəblərinə gəlincə:
İslamiyyəti Türkiyəni yıxmaqla başlamalıyıq
Birincisi, Böyük İsrail dövləti torpaqlarının su qaynaqlarının
önəmli bir qismi hazırda Türkiyəyə aiddir. İkincisi, Türkiyə
müsəlman və demokratik bir ölkə kimi böyük nüfuza malikdir.
İslamiyyəti yıxmaq istəyiriksə, əvvəlcə Türkiyədən başlamalıyıq.
Üçüncüsü, Avropa və Asiya arasında körpü rolunu oynayır. Neft-təbii
qaz kimi yeraltı sərvətlərə sahib Yaxın Şərq və Qafqaza hakim olmaq
istəyiriksə, bu ölkə ovcumuzun içərisində olmalıdır. Yaxın Şərq
demək olar ki, əlimizdədir. Qafqaz və Mərkəzi Asiyadakı digər türk
dövlətləri isə yaxın gələcəkdə zərbələrlə qarışıqlığa boğulacaq və
ovcumuzun içinə düşəcək.
Bu türklər əslində birləşib bir araya gəlsələr, qarşılarında heç
bir güc dura bilməz. Ona görə də belə bir hadisənin baş verməməsi
üçün agentlərimiz hər an tətikdə gözləyir. Türk dövlətlərindəki
adamlarımız liderlər arasında ən kiçik bir yaxınlaşma sezdikdə
anında birliyə mane olan hadisələr və zərbələr törətməklə bunun
qarşısını alırlar.
Dördüncüsü, Türkiyə bor mədənləri baxımından dünyanın ən zəngin
ölkəsidir və bu sərvət yaxın gələcəkdə neftdən daha vacib bir hala
gələcək.
Beşincisi və bəlkə də ən vacibi isə türklər mədəniyyətin
beşiyidir. Onlar e.ə. 4000-ci illərdə Orta Asiyada baş verən böyük
bir fəlakətdən sonra yaşadıqları yerləri tərk edib, Mesopotamiyaya
və Rusiyadan keçməklə Avropaya gələn Aryanlar, yəni dünyadakı ən
ali irq olaraq qəbul etdiyimiz Arilərdəndir. Avropadakı finlər,
macarlar kimi bəzi millətlər də türk kökənlidir. Həmçinin Anadoluda
böyük sivilizasiya quran hititlər və assurluların da türk kökənli
olma ehtimalı yüksəkdir.
Mədəniyyətin beşiyi kimi türkləri qəbul edə
bilməzdik
Mədəniyyətin beşiyi kimi türkləri qəbul edə bilməzdik, bu mirasa
əl qoymalıydıq. Tam əksinə, min bir yolla bu mədəniyyətə əl qoyaraq
onları bütün dünyaya barbar, haqq-hüquq tanımayan bir cəmiyyət kimi
tanıtdıq və bunda da çox uğurlu olduq. Bu gün tək Tanrılı bir
toplum olan Türkiyədə bizim səylərimiz nəticəsində rüşvət, oğurluq,
fahişəlik baş alıb gedir. Əslində insanlar tarix kitablarını açıb
oxusalar, bütün həqiqətləri görəcəklər. Ancaq insan oğlu üçün
eşitdiklərinə inanmaq yetərlidir. Oxumaq çox çətin gəlir. Mən də o
ana qədər ən mədəni ulus olaraq ingilisləri görürdüm. Amma
yanıldığımı öyrəndim.
Osmanlını yıxmaq çətin olmadı
Sizə tarixdən örnəklər verərək gücümüzü göstərmək istəyirəm.
Birinci Dünya müharibəsi Avropada bizə qarşı olan imperiyaları
dağıtmaq və ən vacibi Osmanlını parçalayaraq Yaxın Şərqdəki neft
yataqlarını ələ keçirmək, İsrail dövlətinin yolunu açmaq üçün
başladılmışdı. İsrailin qurucusu sayılan Teodor Herlz o zamankı
Osmanlı sultanı II Əbdülhəmidlə görüşərək, bizim ailəmizin dəstəyi
ilə Fələstin torpaqlarını satın almaq istədi. Lakin sultan buna
qarşı çıxdı. Bizim üçün Osmanlı imperiyasını yıxmaq çox da çətin
olmadı. Çünki sultanlar əsasən, türk qadınları yerinə fəth
etdikləri ölkələrdən kölə olaraq gətirdikləri başqa din və irqlərə
mənsub qadınlarla evlənirdilər. Təbii ki, Hürrəm sultan kimi bu
qadınlar da zamanla ölkə idarəetməsində söz sahibi oldular və
ölkəni məhvə götürən bir şəkildə idarə etməyə başladılar. Sultanlar
isə dövlət idarəsinin əmin əllərdə olduğu düşüncəsi ilə zövq və
səfaya dalmışdılar. Bu da Osmanlının çökmə dövrünü başlatdı. Mason
təşkilatları tərəfindən insanların çıxardığı üsyanlarla torpaqlar
itirilməyə başladı. Xəzinə plansız xərcləmələrlə tükəndi.
Müharibənin sonunda hədəfimizə çatmağa çox az qalmışdı. Amma
Atatürk adında bir lider ortaya çıxaraq planlarımızı bir müddətə
təxirə salmağa səbəb oldu. Təbii ki, sonda yenə də bizim sərmayə və
silah sənayesi şirkətlərimiz onların sərvətlərini dəfələrlə
mənimsədilər…
|
Tarix
2016.07.30 / 14:05
|
Müəllif
İlham Sahiloğlu
|
|
Digər xəbərlər