Bakının bu rayonunda qaz olmayacaq
09:48
| Ana səhifə Planet |
|
PKK rəhbərlərinin böyük bir qismi Qəndil adlanan ərazini tərk edib.
Axar.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin bölgəni
bombalamasından sonra PKK rəhbərləri 3 yerə ayrılıb.
Türkiyənin hərbi hava qüvvələri Qəndil, Zaho, Zap, Mətnə və Hakurk
düşərgələrini bombardman edib.
PKK rəhbərlərinin bir qisminin İrana keçdiyi, digər hissəsinin isə
Suriyanın Cizirə bölgəsində gizləndiyi bildirilib.
Bölgədən verilən digər məlumatda təşkilatda hərbi təhsil verən müəllim Nurəddin Dəmirdaşın yaralandığı bildirilib. Ancaq yerinin harada olduğu tam dəqiq bildirilməyib.
Qeyd edək ki, bir neçə gündür media orqanları HDP başqanı Səlahəddin Dəmirdaşın qardaşı Nurəddin Dəmirdaşın yaralanması barədə xəbərlər yaymışdı.
|
Tarix
2015.08.01 / 21:28
|
Müəllif
Pərviz Həsənov
|