Yuxarı

“İran şiə imperiyası qurmağa hazırlaşır”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“İran şiə imperiyası qurmağa hazırlaşır”

İranın nüvə enerjisinə istənilən formada son qoyulmalıdır.

Axar.az xəbər verir ki, bunu Almaniyanın "Der Spiegel" jurnalına müsahibəsində İsrail Müdafiə naziri Moşe Yalon söyləyib. Onun sözlərinə görə, İsrail özünü müdafiə etməyə hazır olmalıdır:

"İranın nüvə silahına sahib olmaması üçün əlimizdən gələn hər şeyi edəcəyik. Bu silaha sahiblənən İran ilə yaşaya bilmərik. Biz özümüzü müdafiəyə hazır olmalıyıq. Mən nüvə stansiyalarında çalışan iranlı elm adamlarının həyatlarına görə məsuliyyəti öz üzərimə götürə bilmərəm. Tarixə baxsaq, belə müqavilələrlə sülhün gələcəyinə inananların sayının çox olduğunu görərik. Lakin biz elə buna inananlar olduğuna görə çox ağır qiymətlər ödəmişik. İranla hazırda olan vəziyyət də bunu təkrarlayır. Qərbin İranla bazarlığı tarixi xətadır. İranın nüvə silahına sahib olmasına imkan verməmək üçün lazım gəlsə bu nüvə stansiyalarına da hücum edəcəyik".

Vyana razılığının İranı nüvə silahına sahib ölkəyə çevirəcəyini bildirən Moşe Yalon Tehrana yaxın müddətdə külli miqdarda valyuta axını olacağını bildirib:

"İrana tezliklə milyardlar gələcək və Hizbullah, HƏMAS, Fələstin İslami-cihad, Yəməndəki şiələrə ödənişləri artıracaqlar. Bundan əlavə, Bəhreyn və Səudiyyə Ərəbistanındakı şiələr də Tehranın təsir dairəsinə tam daxil olacaq. İran təkcə İŞİD-ə qarşı mübarizədə məhsuldar ola bilər. Suriya, Yəmən və bəlkə də Qəzzada İran yanlış mövqedə dayanır. Bu apokaliptik idarə üsuludur. Onlar şiə imperiyası qurmaq sevdasındadırlar".

Tarix
2015.08.08 / 13:08
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Vuçiçdən Əliyevə minnətdarlıq: Milli lider...

Əliyev açıqladı: Gözlənilməz ssenarilər mövcuddur!

Belqradda Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirildi

Vuçiç bu il Azərbaycana gələcək

Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırıq

İstərdim ki, azərbaycanlılar... - Serbiya prezidenti

Mehriban xanım xatırlatdı: Emin qadın paltarında niyə qaçmışdı?

İki dost ölkə daim bir-birinin yanındadır - Prezident

Azərbaycan-Serbiya sənədlərinin mübadiləsi oldu

Mehriban Əliyeva onu məhv etdi: Qadın paltarında… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla