Yuxarı

ABŞ-ın İrana göndərdiyi gizli mesaj ortaya çıxdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-ın İrana göndərdiyi gizli mesaj ortaya çıxdı

2009-cu ildə İranda başlayan Yaşıl Hərəkata ABŞ dəstək verib.

Axar.az xəbər verir ki, bu iddianı "Forbes" jurnalının yazarı Maykl Ledin irəli sürüb. Onun sözlərinə görə, həmin vədə hərəkatın lideri olan Mir Hüseyn Müsəvi ilə ABŞ kəşfiyyatı əlaqə qurub:

"Bu işi həyata keçirən adam Çak Şumer idi. O zaman Ağ Evin mesajı Şumerin Yaşıl Hərəkatla əlaqəsi olan "Vol Strit jurnal" ("The Wall Street Journal") qəzetindən olan bir dostuna çatdırılmışdı. Mesajda hərəkatdan iki şey soruşulmuşdu: "Nə etməliyik? Nə etməməliyik?"

Yaşıl Hərəkat isə buna cavabı 30 noyabr 2009-cu ildə 8 səhifəlik bir məktubla göndərmişdi. Məktubda heç bir imzadan istifadə edilməmişdi. Məktubda İran rejimi kəskin tənqid edilmiş və onun özünü dəyişdirməyəcəyi bildirilmişdi. Bundan başqa isə ABŞ-dan İran xalqının mükafatlandırılması, Qərb maraqlarının qorunması istənilirdi.

Yaşıl Hərəkatın bu məktubu jurnalist tərəfindən Şumerə çatdırıldı. O isə öz növbəsində məktubu həmin vaxt Dövlət katibi olan Hillari Klintona verdi".

Qeyd edək ki, bir müddət öncə İranla münasibətlərin əsas tərəfdarı kimi tanınan və Demokratlar Partiyasından olan senator Çak Şumer İranla nüvə müqaviləsinin imzalanmasını kəskin tənqid etmişdi.

Qeyd edək ki, Yaşıl Hərəkat 2009-cu ildə əslən azərbaycanlı olan Mir Hüseyn Müsəvinin rəhbərliyi altında başlamışdı. Həmin vədə İran hakimiyyəti xarici mətbuat orqanlarının ölkədə fəaliyyətinə icazə verən bütün sənədləri qadağan etmişdi. Yaşıl Hərəkat zor tətbiq edilərək dayandırılmışdı.

Tarix
2015.08.14 / 00:55
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Azərbaycan liderinin Pezeşkianla telefon danışığı... - Arakçı

Rusiya-ABŞ razılığa gələ bilmədi, Ukrayna üçün fürsət yarandı

Hüquqşünasdan deputata: Səhv edirsiniz, cənab Cəfərov!

Vensin Bakı səfərinin vaxtı açıqlandı

Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinə məxsusdur

Seleznyovun Ermənistana girişi qadağan edildi

İran faciəvi şəkildə çökür, Pezeşkian bacarmayacaq...

İki ölkədə Çin casusları yaxalandı - Böyük qalmaqal

Nazir Talıbovu yüksək vəzifəyə təyin etdi

Savadlı danışıq, xəbər dilində məsuliyyət... - Təlim

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla