Yuxarı

Jvaniyanın mühafizəçiləri haqqında qərar verildi – Həbs

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Jvaniyanın mühafizəçiləri haqqında qərar verildi – Həbs

Gürcüstan məhkəməsi ölkənin keçmiş baş naziri Zurab Jvaniyanın mühafizəçiləri ilə bağlı qərar qəbul edib.

Axar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, məhkəmə Mixail Dzadzamiyanı 11 ay 21 gün azadlıqdan məhrum edib. Lakin Dzadzamiya məhkəməyə qədər həbsdə qaldığı üçün onun həbs müddəti tamamlanıb və məhkəmə zalından azadlığa buraxılıb. Digər mühafizəçi Koba Xarşiladze isə 1 il 9 ay həbsə məhkum edilib.

Xatırladaq ki, Zurab Jvaniya Kvemo Kartli qubernatorunun müavini azərbaycanlı Raul Yusifovla birlikdə 3 fevral 2005-ci ildə Tiflisin Saburtalinski küçəsində yerləşən mənzildə dəm qazında zəhərlənərək həlak olmuşdu. Rəsmi Tiflis hələ də onların ölümünün tam səbəbinin nə olduğunun aydınlaşdırılmadığını bildirib. Bəzi mənbələr hər iki siyasətçinin öldürüldüyünü iddia edib. Yusifovun ölümündən bir müddət sonra atası Yaşar Yusifov açıqlama verərək, Tiflisin rəsmi mövqeyini təkzib etmiş və oğlunun Saburtalinski küçəsində heç vaxt mənzilinin olmadığını vurğulamışdı. Jvaniyanın qardaşı isə mənzildə ölən hər iki şəxsin əl izlərinin aşkarlanmadığını qeyd etmişdi. Bu məqam onların başqa yerdə öldürüldükdən sonra bu mənzilə gətirilməsi versiyasını meydana çıxarırdı. Sonrakı günlərdə müxtəlif gürcü siyasətçilər Jvaniyanın öldürüldüyünü və ölümdə Saakaşvilinin günahkar olduğunu söyləmişdilər.

Tarix
2015.08.15 / 10:12
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər Şuşada birgə nahar etdi

Prezidentlər Şuşada Bülbülün ev-muzeyində... - Foto

Maqdalena Qrono Azərbaycana gəlir

ABŞ-da azərbaycanlılarla bağlı konfrans keçiriləcək

Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanışlıq...

Azərbaycan-Türkmənistan əməkdaşlığı... - Depuat

Prezidentlərin Şuşa gəzintisindən - Video

Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə göndərildi

Prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla