Yuxarı

Belarus Qərbə qarşı sanksiya siyahısını genişləndirdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus hökuməti Qərbin sanksiyalarına cavab olaraq ərzaq embarqosu tətbiq edilən ölkələrin siyahısını genişləndirib.

Axar.az xəbər verir ki, hökumətin qərarına əsasən, ərzaq embarqosu qoyulan ölkələrin siyahısına Lixtenşteyn və Serbiya da əlavə edilib.

2022-ci il yanvarın 1-dən Belarus ona qarşı qeyri-dost siyasəti yürüdən ölkələrdən ərzaq malları idxalına qadağa qoyub. Embarqo ilə əlaqədar bütün sərhəd perimetri üzrə gömrük nəzarəti gücləndirilib.

Siyahıya təxminən 20 maddə daxildir. Onların sırasında mal və donuz əti, süd və süd məhsulları, meyvə və qoz-fındıq, kolbasalar, qənnadı məmulatları, tərəvəz var.

Qeyd edək ki, daha öncə sözügedən siyahıya Avropa İttifaqı ölkələri, ABŞ, Kanada, Albaniya, Böyük Britaniya, İslandiya, Norveç, Şimali Makedoniya, Monteneqro və İsveçrə daxil edilmişdi.

Tarix
2022.01.29 / 19:14
Müəllif
Axar.az
Digər xəbərlər

Erik Ceykobs Bakıya gəldi

Bakı və İrəvan arasında sülhün çox böyük əhəmiyyəti var

Almaniya prezidentinin şərəfinə rəsmi nahar verildi

Zəngəzur dəhlizinin açılması... – Əsədov

Top Ermənistandadır, sülh istəyirsə bu iki şərti qəbul etsin!

Pezeşkiana azərbaycanca yazılan məktub – İran “qarışdı”

Bu, ancaq Ermənistanın xülyalarında mövcud olub

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Barışığın elə bir resepti yoxdur ki... - Almaniya prezidenti

Qarabağın Azərbaycan ərazisi olduğunu bilirik, tanıyırıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla