Yuxarı

Toplum TV işi üzrə məhkəmə başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Toplum TV işi üzrə təqsirləndirilən Ələsgər Məmmədli, Akif Qurbanov, Ramil Babayev, Əli Zeynalov, Müşfiq Cabbarov, İlkin Əmrahov və Ruslan İzzətlinin məhkəmə prosesi başlayıb.

Axar.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra iş üzrə təqsirləndirilən şəxslərin bir neçəsinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verilib. Lakin məhkəmə bu vəsatətləri təmin etməyib.

Vəkillərdən biri cinayət işi ilə tanış olmadığı üçün məhkəmədən vaxt istəyib.

Bu səbəbdən hazırlıq iclasının davamı aprelin 24-ə təyin edilib.

Xatırladaq ki, 2024-cü il martın 6-da sosial şəbəkələrdə Toplum TV-nin ofisində axtarış aparılması və saxlanılanların olması ilə bağlı xəbərlər yayılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, paytaxtın Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat əsasında polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər.

İstintaq araşdırması zamanı Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli, redaktor Müşfiq Cabbarov, “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri Akif Qurbanov, həmin institutun əməkdaşı Əli Zeynalov, "III Respublika" Platformasının qurucu heyət üzvü Ruslan İzzətli, Ramil Babayev, İlkin Əmrahov və Şahnaz Bəylərqızı məsuliyyətə cəlb olunublar.

Tarix
2025.04.02 / 13:12
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramovla Sinirlioğlu arasında geniştərkibli görüş başladı

Milli mətbuatın 150 illik yubileyi keçiriləcək

Ermənistan sülh uğrunda çalışmır - tam əksinə, fürsət axtarır

Bayrağımız yandırıldı: XİN-dən İrəvan və Parisə sərt reaksiya...

Rubio “soyqırımsız” statusu ilə İrəvana mesaj verdi

Narışkin Bakıda bu ölkənin kəşfiyyatçısı ilə görüşüb

Əli Əsədov daha bir qərar imzaladı

Çin nəhənglərinin Bakıya yolu açıldı: Nələr olacaq?

AB-nin “Ermənistan röyası”na qarşı Bakının çin gedişi

Minsk qrupunun ləğvinin vaxtı çoxdan çatıb... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla